AFFA dörd klubu cərimələdi

XƏBƏR 25 Avqust 2009 / 12:53 1893
-  A +

AFFA-nın İntizam Komitəsi premyer-liqanın ikinci turunda yaşanan bəzi olaylarla bağlı qərarlar çıxarıb. Qol.Az-ın AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən aldığı məlumata görə, avqustun 21-də keçirilən “Xəzər-Lənkəran” - “İnter” matçının 36-cı dəqiqəsində “Xəzər-Lənkəran” klubunun rəsmisi Səməd Mustafayev hakimlərə mane olduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün klub rəsmisi 1 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində “Xəzər-Lənkəran” klubunun futbolçusu Konstantin Canbazov formasını çıxartdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə iki yüz manat cərimələnib.
Avqustun 20-də keçirilən əvəzedici heyətlərinin II turunun “Xəzər-Lənkəran” - “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub beş yüz manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində “İnter” klubunun məşqçisi Üzeyir İbrahimov hakimlərə etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün məşqçi bir oyunluq cəzalandırılıb, klub isə min manat cərimə olunub.
Avqustun 21-də əvəzedici heyətlərinin II turunun “Simurq” - “Muğan” matçının 69-cu dəqiqəsində “Muğan” klubunun futbolçusu Ceyhun Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub isə yüz manat cərimə olunub.
Avqustun 22-də əvəzedici heyətlərinin II turunun “Karvan” - “Olimpik-Şüvəlan” matçında “Karvan” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub beş yüz manat cərimə olunub.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı