Jaba: “Bakı”nın heyətində ilk qolumu “Bazel”ə vuracağam”

Jaba: “Bakı”nın heyətində ilk qolumu “Bazel”ə vuracağam”
ÖLKƏ FUTBOLU 25 Avqust 2009 / 12:20 2757
-  A +

“İlk oyundakı məğlubiyyət bizim üçün çox acı oldu. Amma artıq həmin qarşılaşmanı unutmuşuq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın hücumçusu Jaba avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində “Bazel”ə qarşı keçirilən oyun haqda danışarkən deyib. Təcrübəli hücumçu bildirib ki, səfərdəki matçda qol vurmağa çalışacaq: “İndi bütün diqqətimiz cavab oyununa yönəlib. Səfərə iddialı yollanırıq. İnanrıam ki, bu dəfə hər şey fərqli olacaq. Özümə gəldikdə isə, bu dəfə daha yaxşı oynayacağam. İnanıram ki, “Bakı”nın heyətində ilk qolumu məhz “Bazel”in qapısına vuracağam”.  

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı