Coko Haciyevski: «Möcüzəyə öncə mən özüm inanmalıyam»

Coko Haciyevski: «Möcüzəyə öncə mən özüm inanmalıyam»
ÖLKƏ FUTBOLU 25 Avqust 2009 / 11:19 2432
-  A +

«Qarabağ»ın futbolçuları «Tvente»ylə cavab qarşılaşmasında sürpriz etməyə qadirdirlər. Onlar buna inanmalıdırlar». Qol.Az-ın məlumatına görə, bu sözləri avroliqanın pley-off mərhələsində Hollandiyanın «Tvente» və «Qarabağ» klubları arasında Bakıda keçiriləcək cavab matçıyla bağlı fikirlərini bölüşən avrokuboklardakı digər təmsilçimiz - «Bakı»nın baş məşqçisi Coko Haciyevski söyləyib. Onun fikrincə, «Bakı» və «Qarabağ» «Bazel» və «Tvente» kimi komandalarla qarşılaşmaqla böyük təcrübə qazana biliblər. Hacıyevski ilk matçlardakı 1:3 hesablı məğlubiyyətlərə baxmayaraq, təkrar oyunlarda futbolçuların uğura inanmalarının vacibliyini önə çəkib.
«Bakı» təkrar oyunda möcüzə yarada bilərmi» sualına isə Haciyevskinin cavabı belə olub: «Buna öncə mən özüm inanmalıyam, sonra futbolçular».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord