Andre Ladaqanın “Karvan”dan qovulması barədə xəbərlər yayılıb (EKSKLÜZİV)

Andre Ladaqanın “Karvan”dan qovulması barədə xəbərlər yayılıb (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 25 Avqust 2009 / 00:15 3226
-  A +

“Karvan”ın baş məşqçisi Yunis Hüseynov yeni transfer Andre Ladaqanı komandadan qovması barədə məlumatlar yayılıb. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, buna səbəb Ladaqanın “Olimpik-Şüvəlan”la oyunda zəif çıxış etməsi olub. Braziliyalı futbolçu konkret olaraq, paytaxt klubuna oyun satmaqda günahlandırılır. Məsələ ilə bağlı Yevlax klubunun baş məşqçisi Yunis Hüseynovla da əlaqə saxladıq. Hüseynov bu haqda geniş danışmaq istəməyib: “Hələ ki, Ladaqanın qovulmasıyla bağlı qərar verilməyib”.
Xatırladaq ki, “Karvan”ın çalışdırıcısının “Olimpik-Şüvəlan”la oyundan sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətinə görə, günahlandırdığı iki futbolçudan biri məhz Andre Ladaqaydı.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın