“Bakı” Hasan Suaridən birdəfəlik imtina etdi

“Bakı” Hasan Suaridən birdəfəlik imtina etdi
ÖLKƏ FUTBOLU 24 Avqust 2009 / 19:10 2261
-  A +

“Bakı” mərakeşli hücumçusu Hasan Suari ilə yollarını birdəfəlik ayırıb. Qol.Az-ın məlumatına görə, buna səbəb hücumçunun yaxşı formada olmamasıdır. Bundan başqa, Jabanın transferi və heyətdə Feliks kimi hücumçunun olması da “Bakı” rəhbərliyinin Suaridən imtina etməsinə gətirib çıxarıb. Futbolçunun sabah Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliyinə yola düşəcəyi və karyerasını orada davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, Suari Azərbaycan çempionunun düşərgəsinə bu ilin qışında qoşulsa da, transfer vərəqəsinin alınmasındakı problemlərə görə “Bakı”nın heyətində bir rəsmi oyunda belə meydana çıxmayıb.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq