Yoaxim Löv: “Bakıda buraxdığımız səhvlərin günahkarı Ballakdır"

XƏBƏR 24 Avqust 2009 / 17:40 1888
-  A +

“Ballak komandanın kapitanıdır. Onun oyunundan və özünü aparmağından çox şey asılıdır. Azərbaycanla qarşılaşmada o, çox aşağı səviyyədə oynadı. Meydanın ən zəiflərindən idi. Onun zəif oyunu isə bütün komandanın oyununa öz təsirini göstərdi. Nəticədə komanda olaraq xeyli səhvlərə yol verdik. Bir sözlə, Almaniya millisinin Bakıda buraxdığı səhvlərin əsas günahkarı Ballakdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Shportbild” nəşrinə Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv deyib. O, “Çelsi”nin yarımmüdafiəçicinin mənfi cəhətlərinə də toxunub: “Ballak bəzən komandanın kapitanı olduğunu unudur və ona yaraşmayan hərəkətlər edir. Elə bir neçə ay bundan öncə məşq zamanı hər kəsin gözü qarşısında onun Lukas Podolskiyə vurquğu dirsək hamının yadındadır”.


 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı