Elano “Qalatasaray”da qol hesabını açdı

Elano “Qalatasaray”da qol hesabını açdı
DÜNYA FUTBOLU 24 Avqust 2009 / 00:39 2465
-  A +

Böyük ümidlərlə “Qalatasaray”a transfer olunan braziliyalı ulduz Elano İstanbul klubunun heyətində qol hesabını açıb. Qol.Az-ın məlumatına görə, “sambaçı” bu dəqiqələrdə davam edən Türkiyə Super Liqasının üçüncü turu çərçivəsində “Kayserispor”a qarşı keçirilən matçın 62-ci dəqiqəsində fərqlənib. Elano təxminən 25 metrdən vurduğu qüvvətli zərbəylə “Ali Sami Yen”i ayağa qaldırıb. Bununla da “Qalatasaray” hesabı 3:1 edib. “Cim-Bom”un ilk qolunu Milan Baroş vurub. İkinci topu isə “Kayserispor”dan Makukula öz qapısına göndərib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord