İstanbuldakı final uğrunda

İstanbuldakı final uğrunda
ETOPAZ 13 May 2014 / 18:14 3033
-  A +

www.etopaz.az saytının bu günkü proqramında yer alan qarşılaşmalar arasında Türkiyə superliqasına sonuncu vəsiqə uğrunda mübarizə aparan 4 klubun pley-off oyunları böyük maraq doğurur.

Bildiyiniz kimi, 1-ci liqada çempion olan "İstanbul Bələdiyyəsi" və 2-ci yeri tutan "Balıkəsir" superliqaya vəsiqə qazanıb. Sonuncu vəsiqə uğrunda isə mövsümü 3-6-cı yerlərdə başa vuran 4 komanda mübarizəz aparır.

Onların sırasında milli komandamızın sabiq hücumçusu, serbiyalı Branimir Subaşiçin formasını geydiyi "Orduspor" klubu da var. "Pley-off"un ilk oyunları arxada qalıb və bu gün tərəflər cavab görüşlərinə çıxacaq. İki oyunun nəticəsinə görə qalib gələn komandalar bazar günü İstanbulda keçiriləcək final görüşündə superliqaya sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk matçda "Mersin İdman Yurdu"na 1:2 hesabıyla uduzan "Orduspor" bu axşam doğma azarkeşlər önündə revanş almaq əzmindədir.

İlk oyunda olduğu kimi bu axşam da Branimir Subaşiçin meydana çıxacağı gözlənilir. Amma statistika heç də Subaşiçin komandasının xeyrinə deyil. Belə ki, Ordu təmsilçisi son 5 ev oyununun heç birində "Mersin İdman Yurdu"na qalib gələ bilməyib. Bununla belə www.etopaz.az meydan amilini nəzərə alaraq "Orduspor"u qarşılaşmanın favoriti sayır. Saat 21-də başlanacaq qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Orduspor"un qələbəsi 1.6, heç-heçə 3.4, "Mersin İdman Yurdu"nun qələbəsi 4.3.

Digər pley-off qarşılaşması - saat 23:45-də başlanacaq "Ankaraspor" - "Samsunspor" görüşünə də www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Səfərdəki ilk oyunda 1 cavabsız qolla uduzan ankaralılar superliqaya vəsiqə almaq üçün bu axşam "Samsunspor"a qalib gəlməyə məcburdur. www.etopaz.az saytında bu oyunun əmsalları belədir: "Ankaraspor"un qələbəsi 2.0, heç-heçə 3.2, "Samsunspor"un qələbəsi 2.95.

Bol şanslar, oynayın və qazanın!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın