Mourinyo "öz keçmişinə" qarşı

Mourinyo "öz keçmişinə" qarşı
ETOPAZ 22 Aprel 2014 / 15:00 2984
-  A +

Həyəcan dolu, nəfəskəsici, savaş xarakterli bir matç - "Atletiko Madrid" - "Çelsi". Adi bir qarşılaşma yox, Avropanın ən nüfuzlu klub turnirinin yarımfinal görüşü. Üstəlik, bu, iki xarizmatik məşqçinin - Dieqo Simeone və Joze Mourinyonun duelidirsə. Futbol bilicilərinin bəziləri bu iki məşqçi arasında oxşar cəhətlərin olduğunu iddia edir. Onların hər ikisinin həddən ziyadə emosionallığı öz yerində.

Bugünkü Simeonenin 10 il əvvəlki Mourinyonu xatırlatdığını deyənlər də var. Axı, 10 il əvvəl də kimsənin yaxından tanımadığı gənc bir məşqçi özünün sevimli "Portu"si ilə dillər əzbərinə çevrildi. Portuqaliya çempionluğu və Çempionlar Liqasını qazandı. Məhz ondan sonra bütün dünyada məşhurlaşdı. Simeone isə ötən illərdə futbolçu kimi az-çox sözünü deyib. Amma məşqçi kimi indi parlayır. "Atletiko" illərdir həsrətində olduğu İspaniya çempionluğunun astanasındadır, komanda 40 illik fasilədən sonra Çempionlar Liqasında yarımfinala çıxıb. Doğurdan da göz önünə 10 il əvvəlki Mourinyo gəlir. Belə demək olarsa, don Joze bu axşam "öz keçmişi" ilə qarşılaşacaq.
 
Mourinyo Madridə qayğılı yollanıb. Komanda premyer liqanın son turunda "evdə" "Sanderlend"ə uduzmaqla çempionluq yolunda ciddi zərbə alıb və buna görə psixoloji durumu qaydaya salmaq lazımdır. Bundan başqa Branislav İvanoviç cəzalı olduğundan, Samuel Eto isə zədə səbəbindən "Atletiko"ya qarşı oynamayacaq. Onun yoxluğunda Mourinyo Fernando Torresi bir vaxtlar çox sevildiyi Madrid publikası önünə çıxarmağı planlaşdırır. Don Joze bildirib ki, Torresin "Visente Kalderon"da rəğbətlə qarşılanacağına əmindir. Portuqal mütəxəssisi sevindirən digər məqam isə Eden Azar və Peter Çexin zədəsini sağaldaraq məşqlərə başlamasıdır.

Hər iki futbolçunun meydana çıxacağı gözlənilir. "Atletiko"nun isə heyətlə bağlı problemi yoxdur. Komandalar son illərdə 3 dəfə qarşılaşıb və bu oyunların hamısı "üst" bitib. Tərəflərin hesabında hərəyə bir qələbə var, bir qarşılaşma isə heç-heçə bitib. Bu həyəcan dolu matça www.etopaz.az saytında həm "təkli oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Atletiko Madrid"in qələbəsi 1.75, heç-heçə 3.3, "Çelsi"nin qələbəsi 3.6. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Liqanın keyfini www.etopaz.az ilə yaşayın, oynayın və qazanın!!!


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı