Zaur Həşimov: «Bəlkə də komandaya Rəşad Sadıqov kimi fayda vermədim»

Zaur Həşimov: «Bəlkə də komandaya Rəşad Sadıqov kimi fayda vermədim»
MÜSAHİBƏ 18 Avqust 2009 / 18:12 3662
-  A +

“Qarabağ”ın müdafiəçisi, “Tvente” ilə oyunda Rəşad Sadıqovun əvəzinə meydana çıxacağı gözlənilən Zaur Həşimov Qol.Az saytına müsahibə verib

- Zaur, oyun öncəsi əhval-ruhiyyə necədir?
- Hər şey normaldır. Düzdür, itkilərimiz var ki, bu da bir qədər qanımızı qaraldır. Çünki həm Rəşad, həm də Elnur komandanın əsas futbolçularıdır. Amma ümumi əhval-ruhiyyə yaxşıdır.
- Oyundan nə gözləyirsən?
- Etiraf etmək lazımdır ki, “Tvente” futbolçuları həm ustalıq, həm fiziki, həm də beynəlxalq oyun təcrübəsi baxımından bizdən gücülüdürlər. Biz «Allah» deyib meydana çıxacağıq və sona qədər döyüşəcəyik. Bu mərhələyə qədər də məhz əzmkarlığımızın hesabına gəlmişik
- Böyük ehtimalla Rəşad Sadıqovun yerinə sən oynayacaqsan. Sadıqovu layiqincə əvəzləməyə hazırsan?
- Bilirsiniz, mən karyeram ərzində bir neçə mövqedə oynamışam. Elə son avrokubok matçlarının hamısında meydana sonradan daxil olmuşam, hamısında da müxtəlif mövqelərdə oynamışam. Amma Rəşadın oynadığı mövqe onun doğma mövqeyidir. Yəni, o, bu yerin futbolçusudur. Bəlkə də mən “Tvente” ilə oyunda Rəşad kimi fayda vermədim. Amma açığı oynamaqdan qorxmuram.
- Admir Teli verdiyi açıqlamada səninlə birlikdə oynamağın heç bir problem yaratmayacağını deyib.
- Admir Azərbaycana gələn ən səviyəli 1-2 futbolçudan biridir. Müntəzəm olaraq Albaniya milli komandasına dəvət alır. Onunla çempionatda da yanaşı oynamışıq, rahat anlaşa bilirik. Amma bir şey də var ki, heç kim səhvdən sığortalanmayıb.
- “Tvente”ni ilk növbədə nəyin hesabına keçmək olar?
 - “Tvente” çox güclü komandadır. Onların PSV ilə olan oyunlarına baxdıq. Yaxşı top saxlayırlar, sürətlə qaçırlar, cinahlardan oyun qurmaq bacarıqları çox yaxşıdır. Bir sözlə, əsl Avropa futbolu oynayırlar. “Rusenborq”dan yox, amma “Honka”dan güclü komandadılar.
- Sonda. Hansı nəticə ilə geri dönməyi arzulayardın?
- Gəlin real danışaq. Mən desəm ki, qələbə qazanacağıq, rəqibdən güclüyük bu, bir qədər real çıxmaz. 0:0 qanedici nəticədir. 1:1 artıq bizim üçün maksimum nəticə olardı.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord