Formaları eyni, hədəfləri fərqli

Formaları eyni, hədəfləri fərqli
ETOPAZ 14 Aprel 2014 / 17:39 3236
-  A +

Bazar ertəsi oyun sayının az olmasına baxmayaraq Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az proqnoz həvəskarlarını bu gün də nəzərə alıb. Proqrama 3 "təkli oyun" daxil edilib. Onlardan İtaliya A seriyasının "Udineze"-"Yuventus" matçı daha çox maraq doğurur.
 
A seriyasının "ağ-qara" formalı iki komandası hazırda fərqli durumdadır. "Udineze" elitada qalmaq vəzifəsinin öhdəsindən demək olar ki, gəlib və hazırda A seriyasında güm keçirməklə məşğuldur. "Yuventus"un hədəfi isə həmişəki kimi çempionluqdur. Sadəcə, son turlardakı xal itkiləri "Qoca Sinyora"nın rahatlığını bir qədər pozub.

Nəzərə alsaq ki, 2-ci sıradakı "Roma" liderlə xal fərqini artıq 5-ə endirib, onda "Yuventus"un narahatlığı başadüşüləndir.Turinlilər bu axşam Udinedə qalib gəlməklə xal fərqini yenidən 8-ə yüksəltməyə çalışacaq. "Udineze" ilə son 4 qarşılaşmanın hamısında qalib gələn "Yuventus" bu günkü matçda da aşkar favorit sayılır. Saat 23:45-də başlanacaq görüşə www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Udineze"nin qələbəsi 5.3, heç-heçə 3.7, "Yuventus"un qələbəsi 1.45.
Gecənin digər "təkli oyun"unda İspaniya La Liqasında "Atletik Bilbao" "Malaqa"nı qəbul edəcək. Bilbao təmsilçisi daha bir qələbə qazanmaqla Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdə möhkəmlənmək istəyir.

"Avrozona"dan xeyli uzaq düşən "Malaqa" üçün isə bu mövsüm heç bir hədəf qalmayıb. Komandalar arasında son 6 duelin ikisi heç-heçə bitib, qalan 4 matçda da isə tərəflər bərabər sayda qələbə qazanıb. La Liqanın son turlarında həm "Atletik"in, həm də "Malaqa"nın "üst" oynadığını da nəzərinizə çatdıraq. Gecə saat 1-də başlanacaq bu "təkli oyun"un www.etopaz.az saytındakı əmsalları belədir: "Atletik Bilbao"nun qələbəsi 1.35, heç-heçə 4.1, "Malaqa"nın qələbəsi 5.8.

www.etopaz.az saytının bu günə təklif etdiyi digər "təkli oyun" isə Türkiyə superliqasının "Elaziğspor"-"Qaziantepspor" görüşüdür. Saat 22-də başlanacaq matça bu əmsallarla mərc etmək olar: "Elaziğspor"un qələbəsi 2.15, heç-heçə 3.3, "Qaziantepspor"un qələbəsi 2.75.
Təklif bizdən, dəyərləndirmək sizdən. Bol şanslar!!!


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı