“Qarabağ” ev oyunlarını Quzanlıda yox, Bakıda keçirə bilər

“Qarabağ” ev oyunlarını Quzanlıda yox, Bakıda keçirə bilər
PREMYER LİQA 17 Avqust 2009 / 13:31 3550
-  A +

Ağdamın “Qarabağ” klubu bu mövsüm Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Quzanlıda keçirməyə bilər. Bu haqda məlumatı Qol.Az-a açıqlamasında komandanın icraçı direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı tədqirdə müvəqqəti olaraq Quzanlı stadionundan imtina edəcəklərini deyib: “Qarabağ”ın ev oyunlarını keçirmək üçün sifariş etdiyi əsas meydança Quzanlıdakı Olimpiya İdman Kompleksinin stadionudur və oyunlarımızı da orada keçirəcəyimiz dəqiqdir. Yalnız komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda istisna ola bilər. Əgər “Qarabağ” “Tvente” səddini adlayaraq qrupa düşərsə, o zaman məsafənin uzaqlığını və futbolçuların yol yorğunluğunu nəzərə alıb, çempionatdakı ev oyunlarımızı Quzanlıda deyil, Suraxanıdakı Tofiq İsmayılov adına stadionda keçirmək istəyi ilə Peşəkar Futbolı Liqasına müraciət edəcəyik. Bildiyiniz kimi, mövsüm öncəsi Suraxanı stadionunu ehtiyat meydança kimi sifariş ərizəsinə daxil etmişik. Təbii, biz deyən vəziyyət yaranarsa, yekun qərarı PFL verəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı