Son iki vəsiqə uğrunda

Son iki vəsiqə uğrunda
ETOPAZ 9 Aprel 2014 / 15:56 2315
-  A +

Bu axşam futbol üzrə Çempionlar Liqasında son iki yarımfinalçının adı məlum olacaq. Həm "Bavariya" - "Mançester Yunayted", həm də "Atletiko Madrid" - "Barselona" duelində ilk görüş 1:1-lik bərabərliklə bitdiyindən cavab oyunları həlledici xarakter daşıyır.

Almaniya çempionluğunu vaxtından əvvəl təmin edən "Bavariya" bütün gücünü Çempionlar Kubokunu qazanmağa yönəldib. Hazırda münhenlilər Avropanın ən güclü klublarından biri olsa da, Mançesterdəki ilk oyunda cütün taleyini həll edə bilmədi. "Yunayted" nə qədər çətin günlər yaşasa da, prinsipial rəqibinə qarşı öz meydanında layiqli müqavimət göstərdi. Axşamkı duel isə bütün suallara aydınlıq gətirəcək. "Qırmızı şeytanlar"da Robin van Persi zədə üzündən oynamayacaq. Eşli Yanq və Rafaelin oynayacağı da sual altındadır. "Bavariya"da isə itkilər daha çoxdur.

Şvaynştayger və Xavi Martines cəzalıdır, Badştuber, Alkantara və Şakiri isə zədəlidir. Bununla belə, bundesliqadakı son 2 qarşılaşma da daxil olmaqla ardıcıl 3 oyundur qalib gələ bilməyən "Bavariya"dan azarkeşlər bu axşam yalnız qələbə gözləyir. Matça www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Bavariya"nın qələbəsi 1.1, heç-heçə 6.0, "Mançester Yunayted"in qələbəsi 12.0. Razılaşaq ki, son illərdə "Mançester Yunayted"in qələbəsinə bukmeker kontorlarında bu qədər yüksək əmsalın verilməsinə rast gəlinməyib.

Gecənin digər yarımfinal matçı isə Madriddə baş tutacaq. "Atletiko" adlı-sanlı "Barselona" ilə səfərdə 1-1 oynamaqla özünə olan hörməti bir qədər də artırıb. La Liqada liderlik edən "Atletiko"dan Avropanın 1 nömrəli klub turnirində də uğur gözləyənlər çoxdur. Hərçənd madridlilər bu axşam meydana itkilərlə çıxacaq. Arda Tutan və Mankilo zədə üzündən oynamayacaq. Dieqo Kostanın da oynayacağı dəqiq deyil. "Barsa"da isə Valdes, Pike və Dos Santos eyni səbəbdən meydana çıxmayacaq. İspan derbisinə www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Atletiko Madrid"in qələbəsi 2.9, heç-heçə 3.3, "Barselona"nın qələbəsi 2.0. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez yenilənəcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"