Kişilərə giriş qadağandır!!!

Kişilərə giriş qadağandır!!!
ETOPAZ 7 Aprel 2014 / 17:09 4289
-  A +

Yeni iş həftəsinin ilk günündə www.etopaz.az mərc həvəskarlarına 30 ekspress və 3 "təkli oyun" təklif edir. "Təkli oyunlar"dan ilk olaraq Türkiyə superliqasının "Trabzonspor" - "Gənclərbirliyi" matçı başlayacaq.

Bakı vaxtıyla saat 22-də başlanacaq bu qarşılaşmanı "Avni Aker" stadionunda yalnız qadın və uşaqlar izləyə biləcək. "Fənərbaxça" ilə görüşdə azarkeşlərin xuliqanlığına görə federasiya tərəfindən cəzalandırılan "Trabzonspor" bu qərarla barışmağa məcburdur. Baxmayaraq ki, axşamkı oyuna kişi azarkeşlər buraxılmayacaq, bununla belə klub öz saytında qadın və uşaq fanatlara səslənərək stadiona özləriylə qadaga qoyulan əşyaları gətirməməyi xahiş edib.

Hər iki komanda Avroliqaya vəsiqə uğrunda mübarizə apardığından matça maraq böyükdür. Bir ara zəif çıxış edən və "düşmə zonası"nın yaxınlığında qərarlaşan "Gənclərbirliyi" son 4 turun hamısında qalib gəlməklə 9-cu pilləyə yüksəlib. Bu axşam qazanılan qələbə isə komandanı 5-ci sıraya şərik edəcək. "Trabzonspor"a gəlincə, Hami Mandıralının baş məşqçi postuna gəlişindən sonra dirçələn "Qara dəniz fırtınası" hazırda 7-ci yerdədir. "Gənclərbirliyi"nə qalib gələcəyi halda trabzonlular 4-cü yerə yüksələcək. Amma komandanın axşamkı matç öncəsi bəzi sıxıntıları var:

azarkeş amilinə əvvəldə toxunduq, bundan başqa bir neçə gün əvvəl ailə quran Didye Zokoraya istirahət verildiyi üçün, rəhbərlikdən icazəsiz onun toyuna yollanan Qustavo Kolman isə cəza olaraq heyətə daxil edilməyib. Floran Maluda Fransaya xəstə həyat yoldaşına baş çəkməyə getdiyi üçün düşərgədə yoxdur."Gənclərbirliyi"nin də 4 əsas oyunçucu müxtəlif səbəblərdən bu axşam meydana çıxmayacaq. Bu komandayla keçirdiyi son 5 ev oyununun yalnız birində uduzan trabzonlular görək bu axşam qadın və uşaq fanatlarını sevindirə biləcəkmi? www.etopaz.az saytında qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz:

"Trabzonspor"un qələbəsi 1.7, heç-heçə 3.4, "Gənclərbirliyi"nin qələbəsi 3.7. Gecənin digər "təkli oyunlar"ı isə İtaliya A seriyasının "Cenoa"-"Milan" və İspaniya La Liqasının "Levante"-"Atletik Bilbao" görüşləridir. Birinci oyun gecə saat 12-də, "Levante"-"Atletik" görüşü isə ondan bir saat sonra başlayacaq.

Təklif bizdən, seçim sizdən. Oynayın və qazanın.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı