“Tvente” “Qarabağ” önünə qələbəylə çıxacaq (FOTOSESSİYA)

XƏBƏR 16 Avqust 2009 / 12:23 2006
-  A +

Avqustun 20-də Avroliqanın play-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” dünən ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə “Den Haaq”ın qonağı olub. Görüş “Tvente”nin 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 64-cü dəqiqəsində Blaise Nkufo vurub. Baş məşqçi Stiv Maklaren dünənki oyunda aşağıdakı futbolçulara şans verib: Boschker, Rajkovic, Douglas, Visgerhof, Stam, Brama, Jansseb, Perez (Tiote 74), Ruiz (Vujicevic 89), Nkufo, Stoch (Denneboom 70)
Bu qələbədən sonra xallarının sayını 7-ə yüksəldən “Tvenve” Hollandiya çempionatında zirvəyə yüksəlib. Lakin Enshede klubunun liderliyi cəmi 1 gün çəkə bilər. Bunun üçün “Utrext” bugün qələbə qazanmalıdır.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı