“Olimpik-Şüvəlan”ın futbolçuları formalarına qovuşdular (FOTOSESSİYA)

XƏBƏR 15 Avqust 2009 / 17:06 2338
-  A +

Dünən “Olimpik-Şüvəlan”ın rəhbərliyinin futbolçularla daha bir görüşü keçirilib. Qol.Az-a klubun mətbuatx dimətindən verilən məlumata görə, “Səfa” stadionunun konfrans zalında baş tutan tədbirin əsas məqsədi yeni mövsümün startı ərəfəsində komandanın üzvlərinə yeni formaların paylanması olub. Əvvəlcə klub prezidenti Rəsul Rəsulov qısa nitqlə çıxış edib. Daha sonra isə təqdimat mərasimi keçirilib.
 Vitse-prezident Fikrət Hüseynov futbolçulara bu mövsümdə çıxış edəcəkləri nömrələrin yazıldığı formaları təqdim edib. Görüşə prezident Rəsul Rəsulov yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb. O, futbolçulara yeni mövsümdə uğurlar arzulamaqla yanaşı, kollektivçiliyin möhkəmləndirilməsi, komandada yüksək əhval ruhiyyənin yaradılması və mübarizə əzminin yüksəldilməsi ilə bağlı tövsiyyələr də verib.

 
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı