Rəşad Sadıqov «Valyadolid»də ilk məşqə çıxdı

Rəşad Sadıqov «Valyadolid»də ilk məşqə çıxdı
ÖLKƏ FUTBOLU 16 Dekabr 2008 / 16:31 4290
-  A +

Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov bu gün baxışda olduğu İspaniyanın «Valyadolid» klubunun ikinci komandasının heyətində məşqə çıxıb.

«Valyadolid şəhərinə güclü qar yağdığından, əsas komanda məşqlərini qapalı yerdə keçirməyə məcbur olub. Bu gün «Valyadolid»in ikinci komandasının heyətində məşqə çıxdım. Əsas komanda isə, İspaniya çempionatının oyununa hazırlaşır», deyə Sadıqov İspaniyadan telefonla TrendNews - a bildirib.

«Valyadolid» dekabrın 21- də İspaniya çempionatı çərçivəsində «Numansiya» ilə görüşəcək.

Azərbaycan yığmasının müdafiəçisinə Yunanıstanın OFİ klubundan da təklif gəlib. Yunanlar, İspaniya klubundan fərqli olaraq, Sadıqova birbaşa müqavilə bağlamağı təklif ediblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı