"Real" və PSJ üçün qisas imkanı

"Real" və PSJ üçün qisas imkanı
ETOPAZ 2 Aprel 2014 / 18:18 3003
-  A +

Futbol üzrə Çempionlar Liqasında bu axşam 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. Hər iki qarşılaşmaya proqnoz həvəskarları www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilər.

"Real" (Madrid) - "Borrusiya" (Dortmund) matçı isə həm də canlı mərcə açıq olacaq. Son illərdə bu komandalar tez-tez qarşılaşır. Ötən mövsüm eyni qrupda yer alan "Real"la "Borussiya"nın mübarizəsində dortmundlular Madrid klubunu geridə qoyaraq pley-off mərhələsinə qrup qalibi kimi çıxdı.

Yarımfinalda komandalar yenidən üz-üzə gəldi və Robert Levandovski vurduğu 4 qolla "Real"ı demək olar ki. "təkbaşına" "məhv etdi". Cavab oyununda "Real" 2:0 hesabıyla qalib gəlsə də, bu finala çıxmaq üçün yetərli olmadı. İndi "Kral Klubu"nun əlinə qisas üçün yaxşı fürsət düşüb. Üstəlik, bu axşam Madriddə keçiriləcək ilk oyunda "Borrusiya"nın "qorxulu silahı" - Levandovski cəzalı olduğundan oynamayacaq. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Real Madrid"in qələbəsi 1.25, heç-heçə 4.8, "Borrusiya Dortmund"un qələbəsi 7.0.

Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən asılı olaraq tez-tez dəyişəcək. Digər 1/4 final matçı da revanş xarakterlidir. Ortada 10 il əvvəlin söhbəti var. 2004-cü ildə Joze Mourinyo "Çelsi"yə yeni baş məşqçi təyin olunanda londonlular Çempionlar Liqasında Parisdə PSJ-ni 3 cavabsız qolla məğlub etmişdi.İndi "Pari Sen Jermen" o vaxtkı komanda deyil. Heyətində Zlatan İbrahimoviç kimi ulduz oynayan komanda istənilən rəqib üçün problem yarada bilər. www.etopaz.az saytında oyuna bu əmsallarla mərc edə bilərsiniz: "Pari Sen Jermen"in qələbəsi 1.85, heç-heçə 3.3, "Çelsi"nin qələbəsi 3.2.
Oynayın və qazanın!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın