"Fənər" bu axşam Volkansız oynayacaq

"Fənər" bu axşam Volkansız oynayacaq
ETOPAZ 24 Mart 2014 / 17:21 2732
-  A +

Bu gün www.etopaz.az saytında matç sayı elə çox olmasa da, proqramda yer alan qarşılaşmalardan üçünə "təkli oyun" statusu verilib. Günün ilk "təkli oyun"u saat 17-də başlayacaq. Rusiya premyer liqasının 22-ci turunda "Anji" öz meydanında ÇSKA Moskva ilə üz-üzə gələcək. Sonuncu pillədə qərarlaşan "Anji" üçün hər oyun "ölüm-dirim" xarakteri daşıyır. Lider "Lokomotiv"dən 10 xal geri qalmaqla hazırda 5-ci yerdə olan Moskva "hərbçiləri" isə qalib gələrək ilk "üçlük"ə daxil olmaq istəyir. www.etopaz.az saytının bu "təkli oyun" üçün təklif etdiyi əmsallar belədir: "Anji"nin qələbəsi 2.75, heç-heçə 3.1, ÇSKA Moskvanın qələbəsi 2.15.

Günün növbəti "təkli oyun"u Türkiyə superliqasının "Qaziantepspor"-"Fənərbaxça" matçıdır. Sərgən Yalçının baş məşqçi postuna gəlişindən sonra uğurlu qrafik cızan "Qaziantepspor" artıq autsayderlər qrupundan 8 xal uzaqlaşaraq 10-cu sıraya yüksəlib. Sərgən Yalçın son açıqlamalarında bildirib ki, 2 ay əvvəl komandası superliqada qalmaq haqqında düşünürdüsə, indi Avroliqaya vəsiqə verən ilk "beşlik"də yer almağı hədəfləyib. Lider "Fənərbaxça" isə bu axşam qalib gələcəyi halda əsas rəqibləri "Beşiktaş" və "Qalatasaray"la xal fərqini yenidən artıracaq. Türk mediasının yazdığına görə, "Fənər"in baş məşqçisi Ərsun Yanal futbolçularını qarşıdakı oyuna "rəqiblərimizin xal itirməsi bizim üçün bir hədiyyə oldu. "Qaziantepspor"a qalib gəlib durumumuzu bir qədər də yaxşılaşdırmalıyıq" sözləri ilə motivasiya edib.

2010-cu ildən bu nyana bu rəqibə bütün görüşlərdə qalib gələn "Fənər" yenə matçın favoriti sayılır. Maraqlıdır ki, Antepdə keçirilən son 5 görüşün hamısı "üst" nəticələnib. Axşamkı dueldə "Fənər"in əsas sıxıntısı qolkiperlə bağlıdır. Belə ki, əsas qapıçı Volkanın belindəki ağrılar üzündən bu axşam meydana çıxmayacağı bildirilir. www.etopaz.az saytında bu qarşılaşmaya həm "təkli oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Qaziantepspor"un qələbəsi 3.6, heç-heçə 3.5, "Fənərbaxça"nın qələbəsi 1.7. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Gecənin sonuncu "təkli oyun"u gecə saat 1-də başlayacaq. İspaniya La Liqasında "Almerya" "Real Sosyedad"ı qəbul edəcək. Həm primeroda yerini qorumaq istəyən meydan sahibləri, həm də avrokuboklara vəsiqə üçün mübarizə aparan "Real Sosyedad" üçün qələbə çox vacibdir. www.etopaz.az saytında oyuna bu əmsallarla mərc etmək olar: "Almeriya"nın qələbəsi 2.9, heç-heçə 3.3, "Real Sosyedad"ın qələbəsi 2.0.
Bol şanslar!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın