London derbisi və daha 9 "təkli oyun"

London derbisi və daha 9 "təkli oyun"
ETOPAZ 22 Mart 2014 / 16:28 2943
-  A +

www.etopaz.az saytının bu dəfəki şənbə proqramı mərc həvəskarlarına "gəl-gəl" deyir. Proqramda nə az, nə çox - düz 10 qarşılaşmaya "təkli oyun" statusu verilib. Bu oyunlardan ilk olaraq saat 16:45-də "Çelsi"-"Arsenal" matçı başlayacaq. Bu görüş həm London derbisi olaraq, həm də premyer liqa liderlərinin dieli kimi böyük maraq doğurur. Çempionlar Liqasında da yoluna davam edən "Çelsi" hazırda ən yaxın izləyiciləri - "Liverpul"la "Arsenal"ı 4 xal qabaqlamaqla premyer liqada zirvədə qərarlaşıb. Joze Mourinyonun komandası bu gün derbidə qalib gələrsə, "Arsenal"la xal fərqini bir qədər də artıracaq.

Çempionlar Liqasıyla vidalaşan və bütün gücünü premyer liqaya yönəldən "Arsenal" isə bu gün "Çelsi"ni məğlub etməklə liderlə xal fərqini minimuma endirmək niyyətindədir. Hərçənd statistika heç də "Arsenal"ın xeyrinə deyil. "Topçular" "Çelsi" ilə son 10 derbidən yalnız ikisində qalib gəlib. Saat 16:45-də başlanacaq bu "təkli oyun"a www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Çelsi"nin qələbəsi 1.7, heç-heçə 3.3, "Arsenal"ın qələbəsi 3.8.

Bu günkü proqramda yer alan 10 "təkli oyun" sırasında həm də canlı mərc edə biləcəyiniz qarşılaşma da var. Söhbət saat 21:30-da başlanacaq "Vest Hem" - "Mançester Yunayted" görüşündən gedir. Ötən tur premyer liqada "Liverpul"a 0:3 hesabıyla uduzan mançesterlilər bunun acığını Çempionlar Liqasında "Olimpiakos"dan çıxdı. Amma tələbkar və çılğın mançesterli fanatlar Devid Moyesdən yenə qələbə istəyir. Şübhəsiz ki, manikunianlar səfərdə oynamasına baxmayaraq meydana yalnız üçün qələbə üçün çıxacaq. Onu da deyək ki, bu komandalar arasında "Vest Hem"in meydanında baş tutan son 6 oyunun hamısı "üst" nəticələnib. www.etopaz.az saytında matça bu əmsallarla mərc edə bilərsiniz: "Vest Hem"in qələbəsi 4.1, heç-heçə 3.35, "Mançester Yunayted"in qələbəsi 1.65. Canlı mərc zamanı isə həmişəki kimi əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

10 "təkli oyun", üstəlik www.etopaz.az saytında yeni bahar kampaniyası (kampaniya ilə bağlı ətraflı məlumat əvvəlki günlərdə verilib). Qazanmaq üçün bundan gözəl fürsət ola bilməz. Oynayın və siz də qazananlardan olun!!!


Son xəbərlər