"Qırmızılar"ın dueli + 7 "Təklif oyun"

"Qırmızılar"ın dueli + 7 "Təklif oyun"
ETOPAZ 16 Mart 2014 / 16:49 3728
-  A +

www.etopaz.az saytının bu dəfəki bazar günü proqramı əvvəlkilərdən "təkli oyunlar"ın sayına görə fərqlənir. Bu dəfə www.etopaz.az  öz müştərilərinə 8 qarşılaşmaya "tək" mərc etmək imkanı verir. Həmin oyunlar haqqında ən zəruri məlumatlarla yazının davamında tanış olacaqsınız. Beləliklə günün "təkli oyunlar"ı...

17:30. "Mançester Yunayted" - "Liverpul"

İngiltərə premyer liqasında 30-cu turun mərkəzi oyunu "Old Trafford"da baş tutacaq. Lider "Çelsi"nin dünənki sensasion məğlubiyyəti 3-cü pillədəki "Liverpul"u qələbə üçün daha güclü motivasiya edir. "Qırmızılar" Mançesterdə qalib gələcəyi halda liderlə xal fərqini 4-ə endirəcək. Amma statistika belə demir. "Qırmızı şeytanlar" "Liverpul"la öz meydanında keçirdiyi son 5 oyunun hamısında qalib gəlib. Ümumiyyətlə 14 ildir bu komandalar arasında "Old Trafford"da keçirilən görüşlərdə heç-heçə qeydə alınmır. Gah mançesterlilər, gah da liverpullular qalib gəlir. "Yunayted" çempionluqdan əlini üzsə də, ən azı ilk "beşlik"ə düşüb avrokuboklara vəsiqə almağa çalışır. Hər iki komandanın hücum xətti premyer liqada ən yaxşılardandır: "Qırmızı şeytanlar"da Runi - Robin van Persi tandemi, "Liverpul"da isə Suares-Starric dueti. Görək, bu axşam hansı komandanın "qol silahları" daha yaxşı işləyəcək. www.etopaz.az saytının bu oyun üçün təklif etdiyi əmsallar belədir: "Mançester Yunayted"in qələbəsi 2.25, heç-heçə 3.1, "Liverpul"un qələbəsi 2.6.

18:00. "Milan" - "Parma"

Son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edən "Parma"nın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Komanda son turlarda çox inamlı təsir bağışlayır. "Milan" isə A seriyasının son 2 turunda uduzub, üstəlik həftəiçi "Atletiko Madrid"dən ağır məğlubiyyət alaraq Çempionlar Liqasıyla da vidalaşıb. Mövcud durumla barışmayan tiffozi isə qələbə tələb edir. "Milan" "Parma" ilə son 5 "ev oyunu"nun hamısında qalib gəlib. "Rossonyerlər" ənənəni bu gün də davam etdirsə, azarkeşlər önündə müəyyən qədər bəraət ala bilər. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Milan"ın qələbəsi 1.65, heç-heçə 3.5, "Parma"nın qələbəsi 3.9.

18:30. "Hamburq" - "Nürnberq"

Qeyri-sabit mövsüm keçirən iki komandanın dueli. "Hamburq" 16-cı, "Nürnberq"14-cü sırada qərarlaşıb. Hamburqlular bu mövsümdə ən böyük hesablı qələbəni ilk dövrədə məhz səfərdə "Nürberq" üzərində qazanıb (5:0). İndi "Hamburq" bunu öz meydanında da etməlidir ki, xal ehtiyatını artıra bilsin. Əks təqdirdə, ötən hər tur komandanı 2-ci bundesliqaya doğru aparır. www.etopaz.az saytının bu qarşılaşma üçün əmsalları: "Hamburq"un qələbəsi 2.0, heç-heçə 3.3, "Nürnberq"in qələbəsi 2.9.

20:00. "Lion" - "Monako"

"Lion" mövsümə uğursuz başlasa da, son aylarda sürət yığıb. Komanda son 10 oyundan yalnız birində uduzub. Artıq "aslanlar" 5-ci pillədə qərarlaşıb. Qələbələrin davamı gələrsə komanda Çempionlar Liqasına vəsiqə verən ilk "üçlüy"ə düşə bilər. 2-ci sırada qərarlaşan "Monako" isə lider PSJ-nin "yaxasını buraxmır". "Knyazlıq klubu" 8 xallıq fərqi azaltmağa çalışır. "Monako" son 12 matçdan yalnız birində uduzsa da, itkisiz irəliləyən liderə yaxınlaşmaq hələki mümkün olmayıb. 2008-ci ildən bu yana Lionda qələbə qazana bilməyən monakolular bu axşam "tilsim"i qırmağa məcburdur. Əks halda, PSJ ilə xal fərqi bir qədər də atra bilər. www.etopaz.az saytında oyuna bu əmsallarla mərc edə bilərsiniz: "Lion"un qələbəsi 2.3, heç-heçə 3.1, "Monako"nun qələbəsi 2.5.
20:00. "Tottenhem" - "Arsenal" (CANLI MƏRC)

www.etopaz.az saytında günün yeganə canlı mərci məhz London derbisi üçün nəzərdə tutulub. 5-ci pillədəki "Tottenhem"dən fərqli olaraq 4-cü sırada qərarlaşan "Arsenal" çempionluq şansını hələ itirməyib. Vengerin komandası artıq Çempionlar Liqasıyla da vidalaşıb və indi bütün gücünü premyer liqaya yönəldə bilər. Ötən tur "Stok Siti"yə sürpriz məğlubiyyət "Arsenal" azarkeşləri üçün şok effekti versə də, onlar axşamkı derbidə sevimli komandalarına inanır. "Arsenal" qalib gələcəyi halda dünən məğlub olan lider "Çelsi" ilə xal fərqini 4-ə endirə bilər. "Tottenhem" isə ötən həftə London derbisində "Çelsi"dən ağır məğlubiyyət (0:4) aldı, ardınca Avroliqada "Benfika"ya uduzdu, bu gün "Arsenal"a da məğlub olarsa, baş verənləri özünüz təxmin edin. www.etopaz.az saytında  hazırda bu "təkli oyun"un əmsalları belədir: "Tottenhem"in qələbəsi 2.6, heç-heçə 3.2, "Arsenal"ın qələbəsi 2.2. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

23:15. "Sportinq Lissabon" - "Portu"

www.etopaz.az saytında çox nadir hallarda Portuqaliya superliqasının hər hansı matçına "təkli oyun" statusu verilir. Amma söhbət "klassiko"dan - "Sportinq"-"Portu" qarşılaşmasından gedirsə, başqa məsələ. "Benfika" bu iki komandanı 7 xal qabaqlayaraq çempionatda liderlik edir. "Sportinq" 2-ci, lissabonlulardan 2 xal az toplayan "Portu" siə 3-cü yerdədir. Hər 2 komanda son 4 turda uduzmayıb. "Portu" həftəiçi Avroliqada "Napoli" ilə ağır oyun keçirdiyindən yorğunluq müəyyən qədər sözünü deyə bilər. Tərəflər arasındakı son 12 matçdan heç birində qonaq komanda qələbə qazana bilməyib. Lissabondakı son 4 görüş heç-heçə bitib, onlardan əvvəlki dueli isə "Sportinq" qazanıb ki, bu qələbənin də üstündən atıq 4 il ötür. www.etopaz.az saytındaiki Portuqaliya "nəhəngi"nin dueli belə qiymətləndirilir: "Sportinq"in qələbəsi 2.85, heç-heçə 3.0,"Portu"nun qələbəsi 2.15.

23:45. "Cenoa" - "Yuventus"

"Yuve" qarşısına çıxanı əzib-keçir. Artıq izləyici "Roma" ilə xal fərqi 14-ə yüksəlib. Komanda eyni zamanda Avroliqada da uğurla yoluna davam edir. "Cenoa" hazırda "Yuventus"a problem yarada biləcək gücdə olmasa da, statistikanı da nəzərə almaq lazımdır. Bu komandaların son 10 duelindən 6-da heç-heçə qeydə alınıb. Matça www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Cenoa"nın qələbəsi 8.0, heç-heçə 4.4, "Yuventus"un qələbəsi 1.25.

00:00. "Real Sosyedad" - "Valensya"

Gecənin sonuncu "təkli oyunu" İspaniya primerosunun qarşılaşması olacaq. Son 2 turdakı məğlubiyyətlər "Real Sosyedad"a 6-cı sıraya "atıb". "Valensiya" isə yüksəlişdədir. Komanda son 10 matçda yalnız bir dəfə uduzub. Amma valensiyalıların son illərdə "Real Sosyedad"la oyunları alınmır. Tərəflər arasındakı son 5 görüşün hamısında san-sebastyanlılar qalib gəlib. www.etopaz.az saytının bu oyun üçün təklif etdiyi əmsallar: "Real Sosyedad"ın qələbəsi 1.9, heç-heçə 3.3, "Valensiya"nın qələbəsi 3.1.

Bax belə, 8 "təkli oyun" - bu, qazanmaq üçün əla fürsətdir. Sadəcə, özünüzə və www.etopaz.az saytına güvənməlisiniz. Oynayın və qazanın!!!

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı