Avroliqanın play-off mərhələsində İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq “Bakı” ciddi sınaq öncəsi hücumçu problemini həll edib. Qol.Az-ın əldə etdiyi məlumata görə, “zolaqlılar” Batistanın əvəzinə rumıniyalı Daniel Opritanı transfer edib. Tam adı Daniel İonel Oprita olan hücumçu 1981-ci il avqustun 10-da Draqanaeşti şəhərində anadan olub. 27 yaşlı forvard karyerasına “FCM Reşita”da başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyan Oprita 33 matçda 7 qol vurub. Daha sonra “Styaua”ta transfer olunan hücumçu karyerasını ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Buxarestin digər klubu “Dinamo”ya yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. Opritanın vətənində çıxış etdiyi sonuncu klub “UTA Arad” olub. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib. İkinci liqa təmsilçisi “Lorca Deportivo”da yalnız 3 matçda forma geyib. Opritanın sonuncu klubu İsveçrənin “Aarau” klubu (12 matç) olub. Oprita 6 oyunda Rumıniya milli komandasının da şərəfini qoruyub. Xatırladaq ki, Oprita bir müddət əvvəl “Bakı”nın düşərgəsində baxışda olmuşdu. Forvard hətta “Hayduk”a qarşı keçirilən yoxlama oyununda fərqlənməyə də imkan tapmışdı.
***
Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, rumıniyalı forvard artıq bu gün axşam ölkəmizdə olacaq. Opritanın sabahdan etibarən "Bakı"nın məşqlərinə qatılacağı gözlənilir.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət