Yoldaşlıq oyunları www.etopaz.az-da

Yoldaşlıq oyunları www.etopaz.az-da
ETOPAZ 5 Mart 2014 / 15:33 3745
-  A +

FİFA-nın müəyyənləşdirdiyi təqvimə əsasən bu gün bir çox milli komandalar yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Dubayda təlim-məşq toplanışında olan Azərbaycan millisi Asiyanın ekzotik ölkələrindən sayılan Filippinin yığma komandası ilə qarşılaşacaq.

Saat 19:00-da başlanacaq qarşılaşmada bukmeker kontorları Azərbaycan millisini favorit sayır. www.etopaz.az saytında millimizin qələbəsi 1.2 əmsalla dəyərləndirilir. Heç-heçə 5.5, Filippinin qələbəsi isə 7 əmsalla qiymətləndirilir. Komandamızın görüşü "ekspress oyunlar" bölümündə yer aldığından Azərbaycan - Filippin matçından başqa azı 2 qarşılaşmaya da mərc etməniz lazımdır.

"Təkli oyunlar" isə adından da göründüyü kimi yalnız "tək" mərc edə biləcəyiniz qarşılaşmalardır. www.etopaz.az saytının bugünkü proqramında 4 "təkli oyun" yer alıb. Onlardan ilk olaraq qardaş Türkiyə yığmasının İsveçlə yoldaşlıq oyunu başlayacaq. Ankarada keçiriləcək görüş saat 22:30-da başlayacaq. Matça həm də canlı mərc edə bilərsiniz. www.etopaz.az saytında hazırda bu oyun üçün təklif olunan əmsalar belədir: Türkiyənin qələbəsi 2.15, heç-heçə 3.2, İsveçin qələbəsi 2.75. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Gecənin digər "təkli oyunlar"ı da maraq doğurur. Gecə saat 12-də İngiltərə-Danimarka qarşılaşması başlayacaq. Tərəflər arasında baş tutan son 4 dueldən ikisində ingilislər, ikisində isə danimarkalılar qalib gəlib. 4 oyunun hamısı da "üst" nəticələnib. www.etopaz.az bu dəfəki dueldə İngiltərə millisinə böyük üstünlük verib. İngilislərin qələbə əmsalı 1.5 olduğu halda, Danimarka millisi üçün bu rəqəm 4.8-dir. Heç-heçə isə 3.6 əmsalla dəyərləndirilir. Bu görüşlə eyni saatda daha bir "təkli oyun" - Fransa-Hollandiya matçı da başlayacaq. Fransızlar 15 ildən artıqdır həm rəsmi turnirlərdə, həm də yoxlama oyunlarında Hollandiyaya qalib gələ bilmir. Elə bu dəfəki əmsallar da aldadıcı ola bilər: Fransanın qələbəsi 2.15, heç-heçə 3.2, Hollandiyanın qələbəsi 2.75.

Gecə saat 1-də isə dünya çempionlarının duelıi başlayacaq. Hazırda bu titulu daşıyan İspaniya yığması dördqat dünya çempionu İtaliyanı qəbul edəcək. Bu komandalar son illərdə tez-tez qarşılaşırlar. Amma italyanlar 8 matçdan yalnız birində qələbə qazana bilib. Daha bir görüş isə heç-heçə nəticələnib. Qalan bütün oyunlarda sevinən tərəf ispanlar olub. www.etopaz.az saytının bu günkü qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: İspaniyanın qələbəsi 1.4, heç-heçə 3.8, İtaliyanın qələbəsi 5.8.

Yoxlama oyunu olsa da, yuxarıda göstərilən komandaların dueli hər zaman maraqla qarşılanır. Ümid edək ki, bu dəfə də azarkeşlər əsil futbolun keyfini yaşayacaq, www.etopaz.az ilə bu futbol keyfinə bir qədər də həyəcan qatacaqlar. Bol şanslar!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord