Almanlar Piteri "fəth" edə biləcəkmi?

Almanlar Piteri "fəth" edə biləcəkmi?
ETOPAZ 25 Fevral 2014 / 17:36 2660
-  A +

Futbol üzrə Çempionlar Liqasında bu axşam 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Sankt-Peterburqda "Zenit" "Borrusiya Dortmund"u, Yunanıstanda isə "Olimpiakos" "Mançester Yunayted"i qəbul edəcək.

Ruslarla almanların dueli daha tez - saat 21-də başlayacaq. Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Zenit"in heyətində Dani, Kristian Ansaldi və Roman Şirokov zədə səbəbindən oynamayacaq, "Borrusiya"da isə eyni səbəbdən İlkan Gündoğan, Neven Subotiç, Yakub Blaşçikovski axşamkı oyunda çıxış etməyəcək. Bu azmış kimi, "Hamburq"la görüşdə Sven Bender də zədələnib. Dortmundluları sevindirən yeganə məqam isə əsas heyət oyunçuları Mats Hummelslə Marko Roysun zədəni sağaldıb sıraya dönməsidir.

Oyun ərəfəsində Rusiya mediasında "Zenit"də futbolçuların 2 aydır maaş almadığı barədə xəbər yayılıb. Hərçənd klubdan bu informasiyanı təkzib ediblər. Hətta bu xəbər doğru olsa belə, piterli futbolçulardan almanlara qarşı əzmkar oyun gözləməyə dəyər. Müqayisə bir qədər qüsurlu görünsə də, unutmayaq ki, həmin bu piterlilər 2-ci Dünya Müharibəsində aclıq və xəstəliyə sinə gərərək böyük rəşadət hesabına şəhəri (o zaman Leninqrad adlanırdı) alman faşistlərinə təslim etməmişdi. Görək, almanlar illər öncə hərb meydanında qazana bilmədiyi qələbəni bu gün futbol meydanında əldə edə biləcəkmi? Yoxsa Piter yenə onlar üçün alınmaz olacaq? Proqnozlarınızı www.etopaz.az saytında mərc etməklə bildirmək imkanınız var. Bu "təkli oyun"un əmsalları belədir: "Zenit"in qələbəsi 4.2, heç-heçə 3.3, "Borrusiya"nın qələbəsi 1.65.

Liqanın digər "təkli oyun"u - "Olimpiakos"-"Mançester Yunayted" matçı isə ənənəvi vaxtda - saat 23:45-də başlayacaq. "Qırmızı şeytanlar" yaxın keçmişdə "Olimpiakos"la Çempionlar Liqasında keçirdiyi 4 görüşün hamısında qalib gəlsə də, indi manukianlar Yunanıstan çempionu üçün 12-13 il əvvəl olduğu kimi qorxulu deyil. Mançesterlilərin qeyri -sabit mövsüm keçirməsi yunan fanatları ümidləndirir. Bununla belə ingilislər qələbəyə iddialı olduğunu hər addımda göstərməyə çalışır. Baş məşqçi Devid Moyesin mətbuat konfransında səsləndirdiyi fikirlər də nikbin notlar üzərində qurulub:

“Bu oyunu səbirsizliklə gözləyirəm. Qrupda birinci pillədə başa vurmağımız bizə əlavə güc verir. Çalışmalıyıq ki, bu oyunda da uğurumuzu davam etdirək. Komandamın Çempionlar Liqasını qazanmaq üşün kifayət qədər şansı var, Runi və Van Persi də çox yaxşı formadadır. Bu 2 oyunçu heyətdə olanda biz daha baxımlı futbol sərgiləyirik. "Olimpiakos"a gəldikdə onlar ev oyunlarında gözəl təsir bağışlayır. Bizi çətin oyun gözləyir".
 
Əlavə edək ki, mançesterlilərdən Fil Cons və Coni Evans bu oyunda iştirak etməyəcək. www.etopaz.az saytının qarşılaşma üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Olimpiakos"un qələbəsi 2.95, heç-heçə 3.1, "Mançester Yunayted"in qələbəsi 2.05. Liqanın matçlarından başqa bu axşam www.etopaz.az saytında Fransa çempionatının "Bordo"-"Loryen" (başlama saatı 21:30) görüşünə də "tək oyun" kimi mərc edə bilərsiniz.

Təklif bizdən, dəyərləndirmək sizdən. Oynayın və qazanın!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord