“Bakı”nın məşqçiləri ötən günlərini yada saldılar (FOTOSESSİYA)

XƏBƏR 9 Avqust 2009 / 01:52 2366
-  A +

Avroliqanın play-off mərhələsində “Bazel”lə qarşılaşacaq “Bakı”nın dünən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqi xoş əhval-ruhiyyədə keçib. Qol.Az-ın məlumatına görə, məşqin gedişində futbolçular “kvadrat” oynayarkən baş məşqçi Coko Haciyevski istisna olmaqla məşqçilər korpusu da onlara qoşulub. Köməkçi məşqçilər - Asif Əliyev və Borçe Xristov, fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov, eləcə də qapıçılarla işləyən məşqçi Muarem Zekiri futbolçularla birgə təxminən yarım saat “kvadrat” oynayıblar. Yaşlarının və çəkilərinin bir qədər artıq olmasına baxmayaraq, məşqçilər futbolçulardan demək olar ki, heç nəylə geri qalmayıblar. Xüsusən də ötənlərin məşhur futbolçusu, “Neftçi”nin heyətində göstərdiyi gözəl oyun və vurduğu möhtəşəm zərbələriylə daim diqqət çəkən Asif Əliyev fəallığıyla seçilib.

Qeyd: ŞƏKİLLƏRDƏN İSTİFADƏ EDƏRKƏN QOL.AZ-a İSTİNAD ZƏRURİDİR

 


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı