Quus Hiddink yeni ampulada

Quus Hiddink yeni ampulada
DÜNYA FUTBOLU 8 Avqust 2009 / 15:30 2388
-  A +

Futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsidə millimizlə yeni qrupda yer alan Rusiya milli komandasının baş məşqçisi Quus Hiddink yeni işin qulpundan yapışıb. Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis avropa çempionatına hazırlaşan Rusiyanın qızlardan ibarət milli komandasını da çalışdıracaq. Lakin bu müvəqqəti xarakter daşıyacaq. Zərif cinsin nümayəndələrinin avqustun 23-dən sentyabrın 10-na kimi Finlandiyada keçiriləcək qitə çempionatına yaxşı hazırlaşmasını istəyən Rusiya Futbol İttifaqı təcrübəli mütəxəssisə müraciət edib. Hiddink isə onların sözünü yerə salmayaraq, qadınlara işləməyə razılıq verib.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı