“Bakı”nın rəqibi “Bazel”i yaxından tanıyaq

“Bakı”nın rəqibi “Bazel”i yaxından tanıyaq
ÖLKƏ FUTBOLU 7 Avqust 2009 / 17:41 2965
-  A +

Avroliqanın dördüncü mərhələsində “Bakı” İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, “Bazel” 1893-cü ildə yaradılıb. Klubun tam adı “Footballclub Basel 1893”dür. Maraqlıdır ki, 1893-cü il noyabrın 15-də yaranan komandaya ilk futbolçular qəzetdə verilən elan nəticəsində yığılıb. İlk 40 il ərzində “Bazel” heç bir uğur qazana bilməyib. Komanda ilk uğuruna yalnız 1933-cü ildə ölkə kubokunu qazanmaqla nail oldu. İlk çempionluğu gözləmək üçün isə daha 20 il lazım gəldi. 1967-ci ildən 1980-cı ilə qədər olan dövr “Bazel” üçün çox uğurlu alındı. Bu müddət ərzində “Bazel” 7 dəfə ölkə çempionu adını qazandı. Lakin 1980-cı ildən etibarən komanda yenidən “qara zolağ”a düşdü. Növbəti çempionluğu isə azarkeşlər 14 il gözləməli oldular.
2001-ci ildə “Bazel”in yeni stadionu - möhtəşəm “Sankt-Yakob Park” stadionu istifadəyə verildi. Bununla da komandanın işləri də yenidən qaydasına düşdü. 2001-ci ildə “Bazel” həm çempion oldu, həm də kuboku qazandı. Növbəti mövsümdə isə “Bakı”nın rəqibi Çempionlar Liqasında debüt etdi. Üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” klubunu mübarizədən kənarlaşdıran (2:0 və 1:3) isveçrəlilər “Liverpul”, “Valensiya” və “Spartak”la bir qrupda mübarizə apoarmaq hüququ qazandı. Rəqiblərin güclü olmasına baxmayaraq, burada da uğurla mübarizə aparan “Bazel” ikinci qrup mərhələsinə adladı. Burada isə komandanı “Mançester Yunayted”, “Yuventus” və “Deportivo”yla mübarizə gözləyirdi. Maraqlıdır ki, “Old Trafford”da “Mançester Yunayted”lə bərabərə qalan “Bazel” yalnız topların fərqinə görə qrupda ikinciliyi “Yuventus”a təhvil verməli oldu. 2005-ci ildə isə “Bazel” UEFA kubokunda ¼ finaladək irəliləməyi bacarıb. “Bazel”in baş məşqçisi almaniyalı mütəxəssis Torsten Fink, klubun prezidenti isə Qisela Oiridir. Komanda ev oyunları zamanı qırmızı-göy zolaqlı, səfər matçlarında isə boz rəngli formayla meydana çıxır.
Bu günədək “Bazel” avrokuboklarda ümumilikdə 140 matç keçirib. Bunlardan 59-da qələbə qazanan “Bazel” 30 dəfə heç-heçə oynayıb, 51 dəfə isə uduzub. 245 qol vuran komanda öz qapısından 219-u buraxıb. “Bazel”də vaxtıyla Aleksandr Fray, Murat və Hakan  Yakın, Pskal Tsberbyuler, Vratislav Lokvents və Otmar Hitsfeld kimi tanınmış futbolçular çıxış edib.
Ötən mövsüm komanda ölkə çempionatında üçüncü yeri tutub. Cari mövsümdə də 4 turdan sonra “Bazel”in aktivində 7 xal var və komanda üçüncü pillədə qərarlaşıb.
Bu mövsüm Avroliqaya ikinci mərhələdən start verən “Bazel” əvvəlcə “Santa Kolomanı” (3:0 və 4:1), ötən mərhələdə isə İslandiyanın “Reykiyavik” klubunu (2:2 və 1:3) məğlub edib. “Bazel”in titulları:

12 qat İsveçrə çempionu (1952/53, 1966/67, 1968/69, 1969/70, 1971/72, 1972/73, 1976/77, 1979/80, 2001/02, 2003/04, 2004/05, 2007/08)
9 qat İsveçrə kubokunun qalibi (1932/33, 1946/47, 1962/63, 1966/67, 1974/75, 2001/02, 2002/03, 2006/07, 2007/08)
İsveçrə Liqa Kubokunun qalibi (1973)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı