"Mançester Siti" "Çelsi"dən qisas ala biləcəkmi?

"Mançester Siti" "Çelsi"dən qisas ala biləcəkmi?
ETOPAZ 15 Fevral 2014 / 14:48 3275
-  A +

"Mançester Siti" ilə "Çelsi"nin İngiltərə premyer liqasındakı son qarşılaşmasından vur-tut 10 gün ötüb. Həmin dueldə öz meydanında "Çelsi"yə 0:1 hesabıyla uduzan mançesterlilər zirvəni "Arsenal"a təhvil vermişdi. Bu gün tərəflər yenidən üz-üzə gəlir. Bu dəfə dünyanın ən qədin futbol turnirlərindən olan İngiltərə Kubokunun 18 final mərhələsində.

14 finala vəsiqənin taleyi bir oyunla həll olunduğundan Mançesterdəki qarşılaşma həlledici xarakter daşıyır."Siti" bu axşam qalib gəlməklə həm növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək, həm də 10 gün əvvəlki məğlubiyyətin əvəzini çıxmağa calışacaq. İddialı Joze Mourinyo isə çempionluqla yanaşı, kuboka da əl uzadır. Yəqin ki, heç bir məşqçi futbolun vətənində "qızıl dubl"dan imtina etməz, o ki, Mourinyo ola. Həyəcan və intriqa dolu bu qarşılaşma saat 21:15-də başlayacaq.
 
www.etopaz.az saytında matça həm canlı, həm də "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Mançester Siti"nin qələbəsi 1.9, heç-heçə 3.3, "Çelsi"nin qələbəsi 3.1. Canlı mərc zamanı isə həmişəki kimi əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez yenilənəcək.
www.etopaz.az saytının proqnozsevərlərə "tək oyun" kimi təqdim etdiyi daha bir qarşılaşma isə saat 21:30-da başlayacaq. Almaniya bundesliqasının 21-ci turunda Leverkuzendə "Bayer" "Şalke"ni qəbul edəcək.

"Bayer" hazırda 2-ci pillədə qərarlaşsa da, lider "Bavariya"dan 13 xal geri qalması komandanın çempionluq arzularına sarsıdıcı zərbə vurur. Amma "Bayer" hələki ümidini üzmür, hər oyuna qələbə üçün çıxır.4-cü sırada mövqe tutan "Şalke" isə zirvədən çoxdan əlini üzüb. Helzenkirxenlilərin başlıca hədəfi Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tutmaqdır.2014-cü il başlayandan bundesliqada keçirdiyi 3 qarşılaşmanın hamısında qalib gələn "Şalke" qələbə seriyasını Leverkuzendə də davam etdirmək niyyətindədir.

Helzenkirxen klubu "Bayer"lə son 4 səfər matçından ikisində qalib gəlib, ikisində isə uduzub. Maraqlıdır ki, bu oyunların hamısı "alt" bitib. Bundesliqada həftənin matçıyla bağlı proqnozlarınız www.etopaz.az saytında bu əmsallarla qəbul olunacaq: "Bayer Leverkuzen"in qələbəsi 1.85, heç-heçə 3.4, "Şalke"nin qələbəsi 3.2. İtaliya A seriyasında da bu axşam "təkli oyun" var. Söhbət saat 23:45-də Florensiyada başlayacaq "Fiorentina"-"İnter" görüşündən gedir. 4-cü pillədəki "Fiorentina" qonşusu - 5-ci yerdə gedən "İnter"i 8 xal qabaqlayır.

Milanlılar ötən tur "Sassuolo" üzərində qalibiyyətlə 6 oyunluq qələbəsizlik seriyasına son qoydu. İndi isə "neradzurra" çətin Florensiya səfərində xal qazanmalıdır. Onu da deyək ki, tərəflər arasındakı son 3 dueldə heç-heçə qeydə alınmayıb. www.etopaz.az saytının bu "təkli oyun" üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Fiorentina"nın qələbəsi 1.9, heç-heçə 3.2, "İnter"in qələbəsi 3.2.

Sadaladığımız matçlarla yanaşı, İngiltərə Kubokunun "Sanderlend"-"Sautgempton" (başlama saatı 16:45) və Türkiyə Superliqasının "Karabükspor"-"Trabzonspor" (başlama saatı 21:00 ) görüşlərinə də www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Hansı oyuna mərc etmək sizin seçiminizdir, biz isə www.etopaz.az olaraq qazandığınız uduşa tam zəmanət veririk. Oynayın və siz də qazananlardan olun. Bol şanslar!!!


Son xəbərlər