Qalmaqallı matçın təkrarı və formal derbi

Qalmaqallı matçın təkrarı və formal derbi
ETOPAZ 11 Fevral 2014 / 17:22 4161
-  A +

Lider "Fənərbaxça"nın ardıcıl xal itkilərindən sonra çempionluq ümidləri yenidən dirçələn "Beşiktaş" bu axşam Türkiyə superliqasında növbəti oyuna çıxacaq.

"Qara qartallar" digər İstanbul təmsilçisi "Kasımpaşa"nın qonağı olacaq. Əslində bu qarşılaşma 2 ay əvvəl - dekabrın 15-i oynanılmalıydı və oynanılmışdı da. Amma matçda baş verən qalmaqal və dava-dalaş səbəbindən Türkiyə Futbol Federasiyası matçın nəticəsini ləğv edərək oyunu təxirə salmışdı. İndi tərəflər təkrar üz-üzə gəlməlidir.

Federasiyanın qərarıyla dekabrın 15-dəki qalmaqallı görüşdə sarı və qırmızı vərəqə alan futbolçular da axşamkı oyunda meydana çıxa biləcək. Qış transfer dövründə alınan futbolçular, o cümlədən "Beşiktaş"dan Dani və Jermen Cons isə federasiyanın qərarına əsasən axşamkı matçda iştirak etməyəcək. Son səfər qarşılaşmalarının hamısında "Kasımpaşa"ya qalib gələn "Beşiktaş" üçün bu dəfə 3 xal ikiqat dəyərlidir.

"Fənərbaxça"nın ardıcıl 2 məğlubiyyətindən sonra "qara qartal" liderlə xal fərqini 5-ə, 2-ci pillədəki "Qalatasaray"la isə 2-yə endirə bilər. Məntiqlə "Beşiktaş" futbolçuları qələbə üçün bu axşam bütün gücünü ortaya qoyacaq. Tərəflər arasındakı son duellərin məhsuldar keçdiyini də nəzərə almaq lazımdır. Saat 22-də başlanacaq qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar belədir: "Kasımpaşa"nın qələbəsi 2.7, heç-heçə 3.3, "Beşiktaş"ın qələbəsi 2.1.
www.etopaz.az saytının bu axşam mərc həvəskarlarına təklif etdiyi digər "təkli oyun isə İspaniya Kuboku çərçivəsində baş tutacaq Madrid derbisidir. Hərçənd bir həftə əvvəl "Santyaqo Bernabeu"da qeydə alınan nəticə bu axşam "Visente Kalderon"da keçiriləcək cavam matçını formallığa çevirib.

Xatırladaq ki, Kral Kubokunun ilk yarımfinal matçında "Real Madrid" öz meydanında "Atletiko"ya 3 cavabsız qolla gəlib. "Atletiko"nun bu axşam həmin məğlubiyyətin əvəzini çıxacağı isə real görünmür. Bununla belə, qarşılaşmanın bir derbi matçı olduğunu və istənilən halda azarkeşlərin güzəştsiz mübarizə izləyəcəyini demək olar. İspaniya Kubokunda ilk finalçını müyyənləşdirəcək görüş Bakı vaxtıyla gecə saat 12-də başlanacaq. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Atletiko Madrid"in qələbəsi 2.95, heç-heçə 3.2, "Real Madrid"in qələbəsi 2.0.

Təklif bizdən, dəyərləndirmək sizdən. Seçiminizi edin və şansınızı sınayın. Bol şanslar!!!


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı