Telman İsmayılov da Dekunun transferinə girişdi

Telman İsmayılov da Dekunun transferinə girişdi
DÜNYA FUTBOLU 5 Avqust 2009 / 18:17 2901
-  A +

Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Çelsi” komandasının futbolçusu Dekunu transfer etməkdə israrlıdır.

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul klubu daha bir azərbaycanlı iş adamı Telman İsmayılovun vasitəçiliyi ilə portuqaliyalı yarımmüdafiəçinin keçidini reallaşdırmaq niyyətindədir.

Bir müddət öncə “Beşiktaş”ın “Palmali” Şirkətlər Qrupunun sahibi və “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovun köməyinə bel bağladığı haqda xəbərlər yayılmışdı. Mənsimovun “Çelsi”nin sahibi Roman Abramoviçlə yaxın münasibətdə olmasının bu transferdə böyük rol oynayacağı bildirilirdi. Amma “zadəganlar” hələ də Dekunu satmaq istəmədiklərini bəyan edirlər.

Bu yaxınlarda Antalyada tikdirdiyi “Mardan Palace” oteli ilə bütün dünyanın diqqətini özünə cəlb edən İsmayılov isə Abramoviç kimi, milliyyətcə yəhudidir. Onun “Çelsi”nin sahibi ilə yaxın günlərdə görüşəcəyi gözlənilir. Danışıqlar “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənin razılığı ilə reallaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın