Kamran Ağayev yaşıl meydana qayıtdı

Kamran Ağayev yaşıl meydana qayıtdı
XƏBƏR 5 Avqust 2009 / 12:34 2208
-  A +

Uzun müddət zədə üzündən Azərbaycan milli komandasının və «Xəzər Lənkəran»ın heyətində meydana çıxa bilməyən qapıçı Kamran Ağayev yenidən yaşıl sahələrə dönüb. Qol.Az-ın «XL»in rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Ağayev dünən klubunun heyətində Rumıniyanın ikinci liqa təmsilçisi - Kluj şəhərinin “Universitatea” komandasına qarşı oyunda meydana çıxıb. Lakin bu oyun Kamran üçün uğursuz alınıb. «XL»in rəsmi saytı bildirir ki, ikinci hissənin ortalarında  Dmitrii Kramarenkonu əvəzləyərək meydana çıxan Kamran Ağayevin kobud səhvi klubun qapısına vurulan ikinci qolla nəticələnib.
«XL» bu oyunda 1:3 hesabı ilə məğlub olub.


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı