Mançesterdə "zirvə döyüşü"

Mançesterdə "zirvə döyüşü"
ETOPAZ 3 Fevral 2014 / 17:26 3249
-  A +

İngiltərə premyer liqasının 24-cü turunun son oyunu - "Mançester Siti" - "Çelsi" görüşü liderliklə bağlı suala aydınlıq gətirəcək: "Siti" qalib gələrsə liderliyini davam etdirəcək, xal itirərsə, zirvəni yenidən "Arsenal"a təhvil verəcək. Hələliksə, "Arsenal" dünənki qələbədən sonra 1-ci pillədə qərarlaşaraq Mançesterdə bu axşam baş tutacaq qarşılaşmanı gözləyir. Başqa sözlə, "Arsenal" zirvədə qalmaq üçün bu axşam prinsipial rəqiblərindən olan həmşəhərliləri - "Çelsi"yə azarkeşlik etməlidir.

Mourinyonun komandasının da çempionluq şansı olduğundan "zadəganlar" "Siti"ni məğlub etmək üçün bütün gücünü ortaya qoyacaq. Amma bu da var ki, "Mançester Siti" "Çelsi"yə qarşı keçirdiyi son 4 ev oyununun hamısında qalib gəlib. Hazırda hər iki komanda yüksəlişdədir. "Çelsi" ardıcıl 9, "Mançester Siti" isə 11 oyundur uduzmur. www.etopaz.az saytında bu maraqlı və həyəcan dolu futbol tamaşasına həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar belədir: "Mançester Siti"nin qələbəsi 1.65, heç-heçə 3.4, "Çelsi"nin qələbəsi 4.0. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı oaraq mütəmadi yenilənəcək.

Qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Bu matça qədər daha bir görüşə www.etopaz.az saytında "tək oyun" statusuyla mərc edə bilərsiniz. Bu, Türkiyə superliqasının 19-cu turunun "Rizəspor" - "Trabzonspor" matçıdır. Başqa sözlə, Qaradəniz derbisi. 3 aydan çoxdur qələbə qazana bilməyən "Rizəspor" tam qanunauyğun olaraq autsayderlər qrupunda - 15-ci pillədə qərarlaşıb. Trabzonlular isə 8-ci yerdədir. Bu komandalar arasında Rizədə keçirilən son 5 matçın hamısı "üst" nəticələnib. Axşamkı Qaradəniz derbisində də məhsuldarlıq gözləməyə dəyər. Ən azı turnir vəziyyəti meydan sahiblərini qələbəyə oynamağa, trabzonluları isə onlara qarşılıq verməyə vadar edir. Saat 22-də başlanacaq derbiyə www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Rizəspor"un qələbəsi 2.8, heç-heçə 3.2, "Trabzonspor"un qələbəsi 2.1.

Bol şanslar, oynayın və qazanın!!!


Son xəbərlər