"Qarabağ"ın rəqibi Bakıya gəldi

XƏBƏR 5 Avqust 2009 / 11:26 2112
-  A +

UEFA Avropa Liqasında Ağdamın "Qarabağ" klubunun rəqibi olan Finlandiyanın "Honka" komandası  dünən gecə Bakıya gəlib və paytaxtın "Park İnn" mehmanxanasında məskunlaşıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunöncəsi son məşqinə saat 19:00-da çıxacaq Finlandiya təmsilçisi ölkə birinciliyinin son turunda səfərdə "MyPa" klubuna 3:1 hesabı ilə qalib gəlməklə turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Honka" cavab oyunu avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu Polşalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: Tomaş Mikulski

Baş hakimin köməkçiləri: Pyotr Sadçuk və Konrad Sapela

Dördüncü hakim: Hubert Seyeviç

Hakim-inspektor: Oleq Çukin (Belorusiya)

UEFA nümayəndəsi: Rudolf Repka (Çexiya)

"Qarabağ" - "Honka" oyunu saat 20:00-da başlayacaq.

 
 
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı