"Neftçi" Türkiyədə "Qəbələ"ni məğlub etdi

XƏBƏR 5 Avqust 2009 / 11:20 1807
-  A +

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. "Qəbələ" ilə qarşılaşan Böyükağa Ağayevin komandası 2:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, hesabı oyunun ilk hissəsində cərimə zərbəsindən "Neftçi" klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov açıb. "Ağ-qaralar" ikinci qolu da standart vəziyyətdən sonra vurublar. Valentin Atem oyunun ikinci hissəsində cərimə meydançasına daxil olan zaman rəqib müdafiəçinin əllə oynaması hakimin penalti nöqtəsini göstərməsinə səbəb oldu və "Neftçi"nin bu mövsüm "İnter"dən transfer etdiyi uruqvaylı hücumçu Valter Quqlemon hesab arasındakı fərqi artırıb – 2:0. "Neftçi"nin üstünlüyü şəraitində keçən oyunda baş məşqçi Böyükağa Ağayev futbolçuların çoxuna şans verib.

Qarşılaşmadan sonra "İhlas" xəbər agentliyinə müsahibə verən təcrübəli mütəxəssis əsas heyətin müəyyənləşməsi üçün bu oyunun vacibliyini bildirib. Oyundan və nəticədən razı qaldığını söyləyən Ağayev demək olar ki, əsas heyət haqqında yekun qərara gəldiyini də qeyd edib. "Neftçi" Türkiyədə sonuncu yoxlama oyununu avqustun 6-da keçirəcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı