Coko Haciyevski: "Biz "Levski"ni onlar düşündüyündən də yaxşı tanıyırıq"

Coko Haciyevski: "Biz "Levski"ni onlar düşündüyündən də yaxşı tanıyırıq"
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 22:48 2661
-  A +

-Sabahkı oyun hər iki komanda üçün çətin keçəcək. Bakıdakı oyundan sonra da dedim ki, “Levski”nin üstünlüyü ondan ibarətdir ki, onlar 25 min azarkeşin dəstəyi altında oynayacaqlar. Ağır oyun olacaq. Amma biz rəqibimizi yaxşı tanıyırıq. Hətta “Levski”nin düşündüyündən də daha yaxşı. “Bakı” haqda Bolqarıstan mətbuatında yazılanlar məndə təəssüf doğurdu. Çünki onlar “Bakı” kimi komandanı zəif adlandırırlar. Halbuki biz hər zaman demək olar ki, Avropada oynamışıq. Təcrübəmiz də var, özümüzəinanımız da. “Bakı” çox yaxşı təşkilatlanmış komandadır. Komandamız da nə maliyyə, nə də başqa bir problem var. Ona görə də düşünməyin ki, “Bakı”ya asanlıqla qalib gəlmək mümkündür. Mən inanıram ki, “Bakı” nəinki “Levski”, hətta ondan da güclü rəqiblə başabaş mübarizə apara bilər. Bilirəm ki, “Bakı” sabah Azərbaycan futbolu tarixində böyük uğura imza ata bilər. Inanıram ki, belə də olacaq.  
- Start heyətini artıq müəyyənləşdirmisiniz?
- Heyəti açıqlaya bilmərəm. İstəmirəm ki, bu müzakirə mövzusuna çevrilsin. “Levski”nin heyətində də kimlərin oynayacağını dəqiq bilirəm. Hardasa 9 futbolçunun adını çəkə bilərəm. Yalnız 1-2 mövqedə dəyişiklik ola bilər.
- Komandamızın motivasiyası hansı səviyyədədir?
- Ən yüksək səviyyədə. Bundan artığı ola bilməz. Hamımız burada uğurlu nəticə qazanmağa köklənmişik.
- “Levski”nin baş məşqçisi Retko Dostaniç bildirib ki, sizdən sürpriz gözləyir. Onun üçün hansısa sürpriz hazırlamısınız?
- Mən hesab edirəm ki, o çox təcrübəli məşqçidir. Onu təəccübləndirmək bir qədər çətindir. Amma hesab edirəm ki, biz Bakıda olduğu kimi, burada da onu təəccübləndirəcəyik.
- ÇSKA-nın baş məşqçisi olarkən bir dəfə “Levski”yə uduzmuşdunuz. Həmin oyunu xatırlayırsınız? 
- Yadımdadır. 0-2 uduzmuşduq. Amma həmin oyundan sonra hamı bizi alqışlayırdı. Həm də unutmayın ki, komandalar arasında həmin vaxt fərq çox böyük idi.
- Səhər komandamız ÇSKA-nın stadionunun yaxınlığında olan parkda gəzintiyə çıxdı. Niyə məhz həmin parkı seçdiniz?
- Ona görə ki, otelə ən yaxın park məhz ora idi. Bunda başqa bir məna da axtarmağa dəyməz. Bizi hətta stadionun içinə də dəvət etdilər. Amma getmədik. Çünki insanlar düşünə bilərdilər ki, mən provakasiyaya gedirəm.
- Oyunun taleyi penaltilərdə də həll oluna bilər. “Bakı” buna hazırdır?
- Əlbəttə, hazırıq. Amma unutmayın ki, bu zaman komandalıq bir şey olmur. Çünki penalti lotoreyadır. Hətta ən güclü futbolçular da penaltini belə qaçırırlar. Ona görə də penaltilərə qalsa, gərək futbolçunun ürəyi olsun. Eyni özünəinam da yüksək səviyyədə olmalıdır. 

Daha çox


Son xəbərlər