Azərbaycanlı jurnalistlər “Levski”nin məşqinə buraxılmadılar

XƏBƏR 4 Avqust 2009 / 21:04 1771
-  A +

Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Bakı”nı qəbul edəcək “Levski” bu dəqiqələrədə oyunqabağı son məşqini başa vurmaq üzrədir. Qol.Az-ın Sofiyada olan müxbirinin verdiyi məlumata görə, “Levski”nin məşqi yerli vaxtla saat 18:00-da başlanıb. Azərbaycanlı jurnalistlər isə hazırlıq prosesinə buraxılmayıblar. Halbuki əvvəlcədən Sofiya klubunun mətbuat xidmətinin rəhbəri məşqin ilk 10 dəqiqəsinin açıq olacağını bildirmişdi. Lakin sonradan klub rəsmisi bildirdi ki, komandanın baş məşqçisi Retko Dostaniç jurnalistlərin hazırlıq prosesinə buraxılmasına icazə verməyib. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı