2014-də ilk məğlubiyyət kimin olacaq?

2014-də ilk məğlubiyyət kimin olacaq?
ETOPAZ 29 Yanvar 2014 / 17:43 3280
-  A +

www.etopaz.az saytının bu gün proqnoz həvəskarlarına həm "tək oyun" kimi, həm də canlı mərclə təklif etdiyi "Napoli"-"Latsio" matçı böyük maraqla gözlənilir. Hər iki komanda 2014-cü il başlayandan məğlub olmayıb. Bu oyunlardan dördü A seriyası matçı, biri isə İtaliya Kubokunun qarşılaşmasıdır. Göstəricilər hər iki komandada eynidir: həm "Napoli", həm də "Latsio" il başyandan keçirdiyi 5 görüşdən 3-də qalib gəlib, 2-də isə heç-heçə oynayıb.

2014-ün bu iki məğlubedilməz komandası bu axşam Neapolda İtaliya Kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək. İtaliya Kubokunda növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunduğundan bu axşam ya "Napoli"nin, ya da "Latsio"nun 2014-cü ildə ilk məğlubiyyəti qeydə alınacaq. 90 dəqiqə ərzində qalib müəyyənləşməzsə, o halda yarımfinala vəsiqənin sahibi əlavə vaxtda və ya penaltilər seriyasında məlum olacaq. Bu tip matçlar "canlı mərc"də daha həyəcanla izlənilən oyunlardan sayılır. Hər iki komandanın A seriyasında çempionluq şansını praktiki olaraq itiridiyini və əsas gücünü kuboka yönəltdiyini nəzərə alsaq, axşam maraqlı mübarizə izləyəcəyimiz şübhəsizdir.

www.etopaz.az saytının həm "tək oyun", həm də "canlı mərc" statusuyla proqnozsevərlərə təklif etdiyi bu qarşılaşmanın əmsalları belədir: "Napoli"nin qələbəsi 1.45, heç-heçə 3.6, "Latsio"nun qələbəsi 5.5. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən və nəticədən asılı olaraq təbii ki, yenilənəcək. Saat 23:45-də başlanacaq "Napoli"-"Latsio" matçıyla eyni vaxtda daha bir "təkli oyun"un da start fiti veriləcək. Söhbət İngiltərə premyer liqasının 23-cü turunun "Tottenhem" - "Mançester Siti" görüşündən gedir.

"Mançester Siti" ilk "üçlük"də iki London təmsilçisinin - "Arsenal"la "Çelsi"nin əhatəsindədir. Lider "Arsenal" mançesterlilərdən 2 xal öndə, 3-cü pillədəki "Çelsi" isə 1 xal geridədir. 5-ci yerdə qərarlaşan "Tottenhem" isə liderdən 9 xal geri qalır. "Tottenhem" bu axşam qalib gələrsə həm öz vəziyyətini bir qədər yaxşılaşdıracaq, həm də ilk "üçlük"də qərarlaşan həmşəhərlilərinin - "Mançester Siti" ilə çempionluq mübarizəsi aparan Londonun digər klublarının bir qədər "rahat nəfəs" almasına səbəb olacaq. Üstəlik, "Tottenhem"in "Siti"ylə xüsusi haqq-hesabı var.

Birinci dövrədə Mançesterdə baş tutan qarşılaşmanı necə unutmaq olar axı??? Noyabrın 24-də baş tutan həmin oyunda "Siti" "Tottenhem"ə amasız divan tutdu -6:0. İndi "Tottenhem" üçün qisas vaxtıdır. Onu da deyək ki, tərəflərin öz aralarnda keçirdiyi son 5 duelin hamısı "üst" nəticələnib. Bol qol və qisas qoxulu bu qarşılaşma üçün www.etopaz.az saytının əmsalları belədir: "Tottenhem"in qələbəsi 3.2, heç-heçə 3.3, "Mançester Siti"nin qələbəsi 1.85. Soyuq qış gecəsini yalnız futbol həyəcanı və qazanmağın keyfi unutdura bilər. Bunun üçün isə www.etopaz.az var. Oynayın və qazanın!!!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi