«Levski» - «Bakı» oyunu yayımlanacaqmı? (EKSKLÜZİV)

«Levski» - «Bakı» oyunu yayımlanacaqmı? (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 4 Avqust 2009 / 14:53 2769
-  A +

Sabah Sofiyada keçiriləcək «Levski» - «Bakı» qarşılaşmasının Azərbaycan Dövlət Televiziyası və «İdman Azərbaycan» kanalında yayımlanıb-yayımanmayacağı hələ də dəqiqləşməyib. Bu barədə Qol.Az-a Azərbaycan dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. «Bu səhər «İdman Azərbaycan» telekanalının direktoruyla əlaqə saxlamışam. Onun dediyinə görə, oyunun canlı yayımlanacığı hələ bilinmir».
X.Qasımova «Qarabağ» - «Honka» qarşılaşmasının isə böyük ehtimalla canlı yayımla göstəriləcəyini vurğulayıb.
Hazırda Sofiyada olan «Bakı» klubunun baş meneceri Zeynal Məmmədov Qol.Az-ın müxbiriylə söhbətində oyunun yayımı ilə bağlı danışıqların davam etdirildiyi, məsələyə bu gün-sabah tam aydınlıq gələcəyini söyləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord