Coko Haciyevski jurnalistlərlə görüşəcək

XƏBƏR 4 Avqust 2009 / 14:48 1790
-  A +

Sabah Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Levski”ylə qarşılaşacaq “Bakı” bu gün oyunqabağı son məşqinə çıxacaq. Qol.Az-ın Sofiyada olan müxbirinin verdiyi məlumata görə, çempionumuz matçın keçiriləcəyi arenada yerli vaxtla saat 20:30-da hazırlıq keçəcək. Məşqdən öncə isə komandamızın baş məşqçisi Coko Haciyevski azərbaycanlı jurnalistlərlə görüşərək, onların suallarını cavablandıracaq.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"