“Bakı” “Brasivo Qradino” parkında gəzintiyə çıxdı

XƏBƏR 4 Avqust 2009 / 14:43 1881
-  A +

Bu gün səhər saatlarında “Bakı” Sofiyada gəzintiyə çıxıb. Qol.Az-ın Sofiyada olan müxbirinin verdiyi məlumata görə, çempionumuzun üzvləri Sofiyanın mərkəzində, ÇSKA-nın stadionunun yaxınlığında yerləşən “Brasivo Qradino” parkında təxminən yarım saat gəziblər. Gəzinti zamanı yerli insanlar “Bakı”nın futbolçularına böyük maraq göstəriblər. Sadə insanların ən çox maraq göstərdiyi şəxs isə “Bakı”nın baş məşqçisi Coko Haciyevski olub. Makedoniyalı mütəxəssis bir il ərzində məhz ÇSKA-nı çalışdırdığından, Sofiyada xeyli məşhurdur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki