Knyazlığın sevilməyən qonağı

Knyazlığın sevilməyən qonağı
ETOPAZ 26 Yanvar 2014 / 17:20 3955
-  A +

Sizi intizarda saxlamadan dərhal bildirək ki, söhbət Monako knyazlığından gedir. Orada sevilməyən qonaq isə "Marsel" klubudur. Çünki son illərdə "Marsel"in Fransa Liqası çərçivəsində Monakoya bütün səfərləri yerli azarkeşlərə kədər və təəssüf hissindən başqa bir şey verməyib.

"Monako" klubu artıq 10 ilə yaxındır öz meydanında merselilərə qalib gələ bilmir. Hərçənd komandaların hazırki durumunu nəzərə alsaq, "Monako" tilsimi qıra bilər. Lider PSJ-dən 6 xal geri qalan knyazlıq klubu çempionluq uğrunda mübarizə aparır. 7-ci pillədəki "Marsel" isə qızıl medalları ağlından belə keçirmir və bütün gücünü heç olmasa avrokuboklara vəsiqə qazanmağa yönəldib. Bakı vaxtıyla gecə saat 12-də başlanacaq bu qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallardan "Monako"nun favorit olduğu görünsə də, bu dueldə istənilən nəticə gözləniləndir: "Monako"nun qələbəsi 1.65, heç-heçə 3.2, "Marsel"in qələbəsi 4.3. Bu maraqlı qarşılaşmaya qədər isə www.etopaz.az saytında daha bir neçə matça "tək" mərc edə bilərsiniz. Almaniya bundesliqasının saat 20:30-da başlanacaq "Hamburq"-"Şalke" görüşü isə "təkli oyun" olmaqla yanaşı, həm də canlı mərcə açıq olacaq. "Şalke"nin məqsədi aydındır: çempionluq şansı itirilsə də, avrokuboklara vəsiqə uğrunda çarpışmağa dəyər.

Ötən illərdə "Hamburq" da bu cür yüksək hədəflər uğrunda oynayırdı. Amma bu mövsüm vəziyyət fərqlidir. Hazırda 16 xalla 16-cı yerdə olan komanda bundesliqada qalmaq uğrunda mübarizə aparır. Bundesliqada sonuncu zəfərini noyabrın 24-ü "Hannover" üzərində qazanan "Hamburq" artıq 2 aydır qələbə üzünə həsrətdir. Əksinə, qış tətilində keçirdiyi 4 yoxlama görüşündə isə hamburlular uduzmayıb. Bəlkə də komandada işlər yoluna düşməyə başlayıb, hər halda bunu axşamkı matçda görəcəyik. Bir faktı da deyək ki, "Hamburq"la "Şalke" arasında baş tutan son 10 dueldən 9-u "üst" bitib. Nəticəni özünüz çıxarın. www.etopaz.az saytında bu görüş üçün təklif etdiyi əmsallar belədir: "Hamburq"un qələbəsi 2.6, heç-heçə 3.2, "Şalke"nin qələbəsi 2.2.Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq mütəmadi yenilənəcək.
Ölkəmizdə yetərincə azarkeşi olan "Qalatasaray"ın da bu günkü qarşılaşması www.etopaz.az saytında "təkli oyunlar" siyahısındadır. Roberto Mançininin komandası 2014-cü ildəki ilk rəsmi matçını səfərdə

"Qaziantepspor"a qarşı keçirəcək. Bir vaxtlar "Cim-Bom"un formasında unudulmaz matçlar keçirmiş Sərgən Yalçının "Qaziantepspor"un baş məşqçisi kimi keçmiş komandasına qarşı mübarizəsi maraqla gözlənilir. Hərçənd Antep təmsilçisində Məhəmməd Dəmir, Traore və Bekir Ozan kimi aparıcı oyunçular müxtəlif səbəblərdən meydanda olmayacaq. "Qalatasaray"da isə Bruma zədə üzündən oynamayacaq. Saat 21-də başlanacaq qarşılaşmaya www.etopaz.az saytında bu əmsallarla mərc etmək olar: "Qaziantepspor"un qələbəsi 5.3, heç-heçə 3.7, "Qalatasaray"ın qələbəsi 1.45.

Haqqında danışdığımız bu matçlardan başqa İspaniya primerosunun "Osasuna"-"Atletik Bilbao" (başlama saatı 20:00) və Türkiyə superliqasının "Elaziqspor"-"Akhisar BLD" (17:30) görüşləri də www.etopaz.az saytında bu gün təklif etdiyi "təkli oyunlar"dandır. Həftəni qazancla başa vurmaq üçün www.etopaz.az saytında internet səhifəsinə baş vurun. İntiusiyanıza güvənin, şansınızı yoxlayın və qazanın. Bol şanslar!!!

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı