ÇSKA-nın azarkeşləri: “Levski” Bakıda hakimin hesabına məğlubiyyətdən yaxa qurtardı”

XƏBƏR 4 Avqust 2009 / 06:27 2018
-  A +

“Sizin komandanız ilk matçda “Levski”ni məğlub etməliydi. Lakin onlar hakimin hesabına məğlubiyyətdən yaxa qurtardılar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Sofiyada yerli ÇSKA klubunun azarkeşləri deyiblər. Onlar bildiriblər ki, sabahkı matçda Azərbaycan çempionuna azarkeşlik edəcəklər: “Levski” Avropada heç cür uğurlu çıxış edə bilmir. Biz inanırıq ki, “Levski” - “Bakı” matçında məhz sizin komandanız qalib gələcək. Ən azından biz bunu arzulayırıq”. 


Son xəbərlər