«Turan» axtarışa çıxıb. İbekoyi haradadır?

XƏBƏR 3 Avqust 2009 / 21:33 1862
-  A +

Transfer çalışmalarını davam etdirən «Turan» rəhbərliyi xüsusən komandanın hücum xəttini gücləndirməkdə israrlıdır. Qol.Az-ın məlumatına görə, bunun üçün düşərgəyə Samir Musayevlə Junivan Suaresi dəvət edən tovuzlular Nadir Nəbiyevə layiqli tərəfdaş tapmaq arzusundadırlar. Qərblilərin əsas hücumçusu sayılan Nəbiyevlə güclü tandem yarada biləcək forvard isə Viktor İbekoyi ola bilər. Bu, Nadir Nəbiyevin fikridir. Əvvəlki illərdə tovuzluların heyətində çıxış etmiş İbekoyinin transferi isə düyünə düşüb. «Onunla daha yaxşı anlaşaram» - deyən Nəbiyev bizimlə söhbətində klub rəhbərliyinin Viktorun izinə düşdüyünü, lakin tapa bilmədiyini söyləyir. Forvarda məxsus telefon nömrələrinin heç biri cavab vermir. Hansısa Avropa ölkəsində olduğu deyilən qaradərili futbolçu tapılacağı halda birbaşa müqavilə bağlamaq üçün «Turan»a dəvət ediləcək.     


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq