Legioner futbolçulara görə üzvlük haqqı dəyişdi

XƏBƏR 3 Avqust 2009 / 17:01 1929
-  A +

“AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə legionerlərə görə üzvlük haqqının məbləğində dəyişiklik etdik. Bu, klublar üçün daha sərfəlidir. Ümumiyyətlə, məqsədimiz pul qazanmaq deyil. İstərdik ki, ölkəmizə səviyyəli legonerlər gəlsin”. Qol.Az-ən məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, legioner limiti dəyişməsə də, onlara görə ödəniləcək üzvlük haqqı legioner futbolçuların sayına görə dəyişəcək. Komandada 3 legioner olarsa hərəsinə görə 10 min manat, 4 və 5-ci legioner futbolçunun hərəsinə görə 15 min manat, 6,7 və 8-ci legionerin hər birinə görə 20 min manat üzvlük haqqı ödəyəcəklər. Klubun həyətində çıxış edən 9-cu və hər sonrakı legioner futbolçuya görə klublar 25 min manat üzvlük haqqı ödəməli olacaqlar.


Son xəbərlər