«Turan»ın sponsoru iddialı danışdı

XƏBƏR 3 Avqust 2009 / 16:21 2176
-  A +

«Turan»ı himayə götürmüş iş adamlarının siyahısına rəhbərlik edən Musa Süleymanov Tovuzdan qərb zonasına yayımlanan, rəhbərlik etdiyi «Simruq-M» televiziyasında «Obyektiv» ictimai-sosial verilişin qonağı olub. Qol.Az-ın məlumatına görə, canlı efirdə sualları cavablayan  Süleymanov klubun iddiasından danışaraq məqsədlərinin daim irəli doğru hərəkət etmək olduğunu deyib: «Mən həmişə öndə getməyi sevən adam olmuşam. Rəhbərlik etdiyim klubda da bunu həyata keçirəcəyəm. «Turan»ın prespektivi və potensialı var. Biz bundan yararlanaraq komandamızın uğur qazanmasını təmin etməyə çalışacağıq. Niyyətimiz «Turan»ın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Bunun üçün hər şey edəcəyik».
Bir saat davam edən verilişdə M.Süleymanovdan əlavə «Turan»ın icraçı direktoru Tahir Süleymanov, əvəzedici komandanın baş məşqçisi Rasim Əliyev , aşağı yaş qrupları üzrə baş məşqçi Etimad Qurbanov, eləcə də yeniyetmə futbolçular iştirak edib. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı