Növbəti tur, növbəti qazanc

Növbəti tur, növbəti qazanc
ETOPAZ 17 Yanvar 2014 / 17:24 2490
-  A +

Bu axşam "böyük beşlik" ölkələrindən İspaniya və Fransada növbəti turun ilk oyunları keçiriləcək. Hər iki çempionat matçına www.etopaz.az saytında "tək oyun" olaraq mərc mərc edə bilərsiniz. Saat 23:30-da başlanacaq Fransa Liqasının 21-ci turunun açılış oyununda "Sent Etyen" cədvəldəki qonşusu "Lill" klubunu qəbul edəcək.

Hazırda sent-etyenlilər 34 xalla 4-cü pillədə qərarlaşıb. Onlardan 6 xal çox toplayan "Lill" isə 3-cü sıradadır. Lider PSJ-dən 5 xal geri qalan "Lill" aradakı fərqin böyüməməsi üçün çətin səfərdən qələbəylə dönməlidir. Amma rəqib Fransanın ən titullu klublarından olan "Sent Etyen"dirsə, onda qonaqlar 3 xal üçün çox əziyyət çəkməli, riskə getməli olacaq. "Sent Etyen" son 3 turda "alt", "Lill" "üst" oynayıb.

Statistika isə axşamkı oyun üçün "üst" deyir. Bu komandaların Sent-Etyendə baş tutan son 5 qarşılaşmasının hər birində qapılara azı 3 top vurulub. Görək, tərəflər bu axşam da ənənəyə sadiq qalacaqmı? www.etopaz.az görüş üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Sent Etyen"in qələbəsi 2.15, heç-heçə 3.0, "Lill"in qələbəsi 2.85.
Gecənin digər "təkli oyunu" - "Malaqa"-"Valensiya" matçı isə saat 12-də başlayacaq.

Hər iki komanda La Liqada mövsümü demək olar ki, boşa verərək orta sıralarda var-gəl edir. 8-ci sırada qərarlaşan "Valensiya" 14-cü yerdəki "Malaqa"nı 6 pillə qabaqlasa da, komandalar arasında cəmi 3 xal fərq var. Yəni, bu axşam "Malaqa" qalib gələrsə, cədvəldə bir neçə addım irəliləyə bilər.www.etopaz.az bu dueldə şansları təxminən bərabər qiymətləndirir: "Malaqa"nın qələbəsi 2.4, heç-heçə 3.2, "Valensiya"nın qələbəsi 2.3.

Beləliklə, Avropada növbəti tur və həm də www.etopaz.az üzvləri üçün növbəti qazanc imkanı. Şansınızı dəyərləndirin, bizimlə oynayın və rahat qazancın keyfini yaşayın!!!


Son xəbərlər