“Qarabağ”ın çıxışı “NTV+Futbol” telekanalının da diqqətini çəkib

“Qarabağ”ın çıxışı “NTV+Futbol” telekanalının da diqqətini çəkib
ÖLKƏ FUTBOLU 3 Avqust 2009 / 12:20 2702
-  A +

“Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışı, xüsusilə, Norveçin “Rusenborq” klubu üzərindəki qələbəsi Rusiya mətbuatının da diqqətini çəkib. Demək olar qonşu ölkənin bütün aparıcı idman nəşrləri komandamızın mərhələ keçməsini ən azından xəbər kimi öz səhifələrində yerləşdirib və bunu sensasiya adlandırıb. Komandamızın “Honka” üzərindəki növbəti qələbəsi isə rusların diqqətini daha da cəlb edib. “Sport Ekspress” qəzeti “Qarabağ” Finlandiyanı minimalhesablı qələbə ilə tərk etdi” başlıqlı xəbər yerləşdirib. “Sovetski sport” isə “Qarabağ” səfərdə “Honka”nı məğlub məğlub etdi” başlığına yer verib. Daha çox diqqət çəkən isə məhşur NTV+Futbol telekanalı da komandamızın “Rusenborq” və “Honka” üzərindəki qələbələrini öz dünənki süjetlərində işıqlandırıb. Rusiyalı həmkarlarımız süjetin gedişində “Azərbaycanın “Qarabağ” klubu qələbələri sıralayır. Məhşur “Rusenborq”un ardından Azərbaycan klubu norveçlilərin yaxın qonşusu olan Finlandiya “Honka”sını da məğlub edib. Bu dəfə daha asanlıqla” cümləsinə yer veriblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı