“Bakı”nın düşərgəsində yeni futbolçu (FOTOSESSİYA)

XƏBƏR 3 Avqust 2009 / 10:42 2311
-  A +

“Bakı”nın düşərgəsində yeni futbolçu var. Lakin komanda ilə birgə məşq edən yeni oyunçunun cəmi 3 yaşı var. Söhbət “Bakı”nın müdafiəçisi Aleksandr Tamaşın oğlundan gedir. Qol.Az-ın məlumatına görə, oğul Tamaş demək olar ki, “Bakı”nın bir məşqini belə buraxmır. Hər gün atasıyla birgə məşqə gələn azyaşlı “Bakı”nın hazırlıq prosesi boyu komandayla birgə olur. Lakin maraqlıdır ki, oğul Tamaş atasının deyil, İngiltərə milli komandasının və “Liverpul”un yarımmüdafiəçisi Stiven Cerrardın formasını geyir.  

QEYD: Şəkillərdən istifadə edərkən Qol.Az-a istinad zəruridir!
 

 










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı