UEFA 2013-ci ilin rəmzi komandasını açıqladı, siyahıda Messi yer almadı

UEFA 2013-ci ilin rəmzi komandasını açıqladı, siyahıda Messi yer almadı
DÜNYA FUTBOLU 15 Yanvar 2014 / 19:25 3357
-  A +

UEFA 2013-ci ilin rəmzi komandasını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, uefa.com saytına keçirilən səsvermədə ötən ildən fərqli olaraq 1 milyon artıq - 6.3 milyon insan iştirak edib.

Ən çox "Bavariya"nın futbolçuları (4) olduğu siyahıda maraqlısı budur ki, "Qızıl top"un finalçılarında olan Lionel Messi yer almayıb.

Səsvermədə ən çox səs toplayan futbolçu isə "Bavariya"nın müdafiəçisi Filipp Lam (444 min 252) olub.


Qapıçı: Manuel Noyer ("Bavariya", 372 min 148 səs)

Müdafiəçilər: David Alaba ("Bavariya", 360 min 535 səs), Filipp Lam ("Bavariya", 444 min 252 səs), Serxio Ramos ("Real" Madrid, 273 min 310 səs), Tiaqo Silva (PSJ, 359 min 349 səs)

Yarımmüdafiəçilər: Qaret Beyl ("Real" Madrid, 279 min 468 səs), Marko Roys ("Borrusiya" Dortmund, 231 min 64 səs),  Məsut Özil ("Arsenal", 389 min 253 səs), Frank Riberi ("Bavariya", 398 min 843 səs)

Hücumçular: Zlatan İbrahimoviç (PSJ, 256 min 7 səs), Kriştiano Ronaldo ("Real" Madrid, 420 min 391 səs)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın