"Qəbələ"də 10 yeni futbolçu

XƏBƏR 2 Avqust 2009 / 17:52 1912
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıqlarını davam etdirir. Gündə iki dəfə məşq edən komandanın məşqçilər korpusu həm taktiki-texniki səviyyənin qaldırılmasına, həm də yeni oyunçuların seçilməsinə diqqət ayırır. Ötən mövsümkü heyətdən "Qəbələ"də cəmi 11 futbolçu qalıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, məhz buna görə də, hazırda düşərgədə Serbiyadan 5, Ukraynadan 2, Rumıniya, Braziliya və Tunisdən hərəyə 1 futbolçu baxışdadır. Onlar haqqında qərar yaxın günlərdə qəbul olunacaq.

Kollektivə daha bir futbolçu qoşulub ki, o, baxışda deyil. Söhbət "Qəbələ" azarkeşlərinin yaxşı tanıdıqları Elnar Kərimovdan gedir. 2007-ci ildən komandanın şərəfini qoruyan 24 yaşlı qapıçı artıq İzmitdədir və komandanın məşqlərində iştirak edir. Qeyd edək ki, bir neçə gün öncə Elnar "Qəbələ"dən ayrılaraq "Turan"a keçməyi qərara almışdı. Lakin tərəflər arasında danışıqlar müsbət nəticə verməyincə gənc qolkiper yenidən sabiq komandasına qayıtmaq istədiyini bildirdi və klub rəhbərliyi onun müraciətinə müsbət cavab verdi.
  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord